ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də ABŞ-nın “Sundance Services İNC” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

Avqustun 2-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində ABŞ-nın “Sundance Services İNC” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarə edilməsi şöbəsinin, Ekologiya İdarəsinin, “Azneft” İB-nin, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbər işçiləri, “Sundance Services İNC” şirkətinin prezidenti Məhəmməd Həmid Mussani, mütəxəssis Rasl Skot Con, Şirkətin Azərbaycan nümayəndəliyinin mütəxəssisləri, eləcə də əlaqədar departament rəisləri və mütəxəssislər iştirak etmişlər.

QSC-nin baş direktoru Ramil Əliyev görüş iştirakçılarını salamlayaraq, onlara görüşün məqsədi və əhəmiyyəti haqqında məlumat verərmiş və qeyd etmişdir ki, “Sundance Services İNC” şirkəti neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın və qazma şlamın emalı qurğularının istehsalı sahəsində tanınmış şirkətlərdən biridir. Əminəm ki, bu görüşdə şirkətin həmin qurğular barədə təqdimatından maraqlı məlumatlar əldə olunacaq və nəticələrdən asılı olaraq gələcəkdə bu şirkətlə əməkdaşlıq əlaqələrinin qurulmasına imkan yaranacaqdır.

“Sundance Services İNC” şirkətini prezidenti Məhəmməd Həmid Mussani səmimi qəbula görə QSC rəhbərliyinə öz təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi şirkətin fəaliyyət sahələri və texniki imkanları barədə görüş iştirakçılarına məlumat vermişdir. Sonra “Sundance Services İNC” şirkətinin istehsalı olan, neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamın və qazma şlamın emalı qurğularının geniş prezentasiyası keçirilmişdir.

Görüş iştirakçılarında xüsusi maraq doğurmuş prezentasiya ətrafında diskussiya xarakterli geniş müzakirələr aparılmış, bir çox texniki məsələlərə aydınlıq gətirilmişdir. Qərara alınmışdır ki, belə görüşlərin davamlı olmalıdır. “Sundance Services İNC” şirkətinin mütəxəssisləri Azərbaycanda, neft sənaye sahələrində olan neftlə çirklənmiş torpaqların, neftşlamın və qazma şlamın xüsusiyyətlərini ətraflı öyrənmələrinə, ARDNŞ-nin və QSC-nin mütəxəssislərinin isə şirkətin hazırda istismarda olan qurğularının texniki xarakteristikaları və iş prinsipi ilə yerində tanış olmalarına zəruri ehtiyac vardır.

Sonda qeyd olunmuşdur ki, növbəti görüşlərdə hər iki istiqamətdə aparılmış araşdırmaların nəticələri geniş şəkildə müzakirə edilməli, əməkdaşlıq əlaqələrinin mümkün variantları nəzərdən keçirilməlidir.
 

 

tarix : 03.08.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.