ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların Emalı Departamentinin 6-cı sahəsindəki çənlər parkında yenidənqurma işləri davam edir

 ARDNŞ-nin təşəbbüsü və dəstəyi ilə cari ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı sahəsindəki ( Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) çənlər parkında köhnə çənlərin ləğv edilməsi və daha iri tutumlu yeni çənlərin quraşdırılması işləri həyata keçirilir. Görülən tədbirlər çərçivəsində TED-nin çənlər parkında uzun müddət istismar edilmiş və tutumu 500 tona qədər olan 4 ədəd çənin ləğv edilərək, tutumu 1000 tona qədər olan yeni çənlərin quraşdırılması nəzərdə tutulmuşdur.

Artıq ARDNŞ-nin təmir briqadası tərəfindən köhnə çənlərin ləğv olunmasına başlanmış, 1 ədəd tutumu 1000 ton olan yeni çən quraşdırılaraq istismara verilmişdir. Çənlər parkında yerinə yetrilən işlərin texniki təhlükəsizliyi və istehsalatın fasiləsizliyi tam təmin edilmişdir.Köhnə çənlərin ləğv edilərək yeni çənlərin quraşdırılması istiqamətində işlər davam etdirilir.

 Qeyd edək ki, yeni çənlərin quraşdırılması, sənaye-çirkab sularının təmizlənməsi proseslərinin yaxşılaşdırılmasına və təmizləmə zamanı tutulmuş neft məhsulunun itkisinin qarşısının alınmasına öz müsbət təsirini göstərəcəkdir.

 
 
 
 

tarix : 22.08.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.