ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də “Baufeld-Umvvelt-Engineerıng GmbH”, “Nelson Environmental Remediation LTD” və “Geo Consultants “ LLC şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir

Azərbaycan Dövlət Neft Şirkətinin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamların və turşulu qudronların emalı sahəsində ARDNŞ-nin “Ekol Mühəndislik Xidmətləri” QSC qarşısında qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən analoji şirkətləri ilə əməkdaşlıq əlaqələri yaradılır və bu sahədə ən müasir texnika və texnologiyaların əldə olunması üçün səylər artırılır. Elə bu məqsədlə də, avqustun 23-də QSC-nin baş ofisində “Baufeld-Umvvelt-Engineerıng GmbH”, “Nelson Environmenta Remediation LTD” və “Geo Consultants “ LLC şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir

Görüşdə ARDNŞ-nin Ekoloji üzrə vitse-prezidentinin müşaviri Hikmət İslamov, ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəis müavini Azər Mirzəyev, Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev , “Azneft” İB-nin Ekologiya şöbəsinin rəisi Rövşən Kərimov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev, baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, “Baufeld-Umvvelt-Engineerıng GmbH”, “Nelson Environmenta Remediation LTD” və “Geo Consultants “ LLC şirkətlərinin nümayəndələri, eləcə də əlaqədar departamentlərin, şöbələrin rəisləri və mütəxəssislər iştirak etmişlər.

QSC-nin baş direktoru Ramil Əliyev görüş iştirakçılarını salamlayaraq onlara görüşün məqsədi və əhəmiyyəti haqqında məlumat vermiş, qonaqları görüş iştirakçılarına təqdim etmişdir. O qeyd etmişdir ki, ötən gün “Baufeld-Umvvelt-Engineerıng GmbH”, “Nelson Environmenta Remediation LTD” və “Geo Consultants “ LLC şirkətlərinin nümayəndələri ARDNŞ-nin və QSC-nin istehsalat sahələrində çirklənmiş sahələrlə tanış olmuşlar. Bu görüşdə isə həmin şirkətlərin neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlamların və turşulu qudronun emalı qurğuları və texnologiyaları ilə tanış olub ətraflı müzakirələr aparacağıq.

Sonra “Baufeld-Umvvelt-Engineerıng GmbH” şirkətinin prezidenti Qrab Ditmar Cohan, “Nelson Environmenta Remediation LTD”-nin prezidenti Nelson Daril Riçard və “Geo Consultants “ LLC-nin mütəxəssisi Maris Bremss səmimi qəbula görə QSC rəhbərliyinə təşəkkürlərini bildirmiş, öz şirkətlərinin fəaliyyəti sahələri və texniki imkanları barədə görüş iştirakçılarına məlumat vermişlər. Qonaqlar çirklənmiş torpaqların təmizlənməsi, neftşlamların və turşulu qudronun emalı sahəsində şirkətlərinin istifadə etdikləri texnologiyalar və qurğular barədə əyani prezentasiyanı görüş iştirakçılarına təqdim etmişlər.

Maraqla qarşılanan prezentasiya ətrafında diskussiya xarakterli geniş müzakirələr aparılmış, bir çox texniki məsələlərə aydınlıq gətirilmişdir. Qərara alınmışdır ki, belə görüşlər davam etdirilməklə yanaşı, “Baufeld-Umvvelt-Engineerıng GmbH”, “Nelson Environmenta Remediation LTD” və “Geo Consultants “ LLC şirkətlərinin mütəxəssisləri Azərbaycanın neft sənaye sahələrində olan neftlə çirklənmiş torpaqların, neftşlamların turşulu qudronun xüsusiyyətlərini ətraflı öyrənmələrinə, ARDNŞ-nin və QSC-nin mütəxəssislərinin isə konkret təkliflər hazırlamasına zəruri ehtiyac vardır.

Sonda qeyd olunmuşdur ki, növbəti görüşlərdə hər iki istiqamətdə aparılmış araşdırmaların nəticələri geniş şəkildə müzakirə edilməli, əməkdaşlıq əlaqələrinin mümkün variantları nəzərdən keçirilməlidir.

 
 
 
 

tarix : 23.08.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.