ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də sənaye-çirkab suların təmizlənməsinin keyfiyyətini artırmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir

“Ekol Mühəndislik xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən biri də Heydər Əliyev adına BNEZ-da və “Azərneftyağ” NEZ-da texnoloji proseslər nəticəsində formalaşan sənaye-çirkab sularının təmizlənməsidir. QSC-nin Tullantıların Emalı Departamenti (TED) hər ay bu neft emalı zavodlarından təmizləyici qurğulara daxil olan 2 milyon m3-ə qədər sənaye-çirkab sularını norma həddinə qədər təmizləyərək NEZ-nın təkrar istifadəsinə verir.

Sənaye-çirkab sularının müasir üsullarla və qəbul edilmiş normalara uyğun təmizlənməsi üçün QSC-də mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Vaxtaşırı olaraq mexaniki təmizləmə qurğularının ayrı-ayrı hissələri çöküntülərdən təmizlənir və profilaktiki təmir işləri yerinə yetirilir.

Görülən tədbirlər çərçivəsində əhəmiyyətli işlərdən biri də TED-nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexi) mexaniki təmizləyici qurğular sisteminin 1-ci çökdürücü gölündə olan çöküntülərin təmizlənməsidir. Bu göl uzun illər neftşlamla dolu olduğundan ətraf mühitin ekoloji vəziyyətinə zərərlim təsir göstərməklə yanaşı təmizləyici qurğular sistemində istismardan da çıxarılmışdır ki, bu da təmizləmə proseslərinə öz təsirini göstərirdi. Ötən illərdə şlam emal edən qurğuların və xüsusi tutumların olmaması gölün təmizlənməsində çətinliklər yaradırdı. Mövcud problemlər aradan qaldırıldıqdan sonra, cari ilin III rübündə bu göldə uzun illər yığılıb qalmış 3.6 min tondan çox neftşlam çıxarılaraq təkrar emala göndərilmiş, göl çöküntülərdən təmizlənərək istismara verilmişdir.

Hazırda mexaniki təmizləmə qurğuları sisteminə daxil olan 6 ədəd nefttutucuların çöküntülərdən təmizlənməsi işləri davam etdirilir. Bu qurğularda görülən işlər nəticəsində sənaye-çirkab sularının təmizlənmə keyfiyyəti xeyli dərəcədə yaxşılaşmışdır ki, bu da ətraf mühitin ekoloji vəziyyətinə öz müsbət təsirini göstərmişdir.

Təmizləyici qurğuların çöküntülərdən təmizlənməsi və profilaktiki təmir işləri dövrü olaraq “Azərneftyağ” NEZ-da da həyata keçirilir.

 
 
 

tarix : 27.08.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.