ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də ABŞ-nın FMT şirkətinin nümayəndəsi ilə görüş keçirilmişdir

Avqustun 29-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində ABŞ-nın Ohio ştatında fəaliyyət göstərən FMT şirkətinin rəhbəri George Hay ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəis müavini Azər Mirzəyev, Ekologiya İdarəsinin mütəxəssisləri, “Azneft” İB-nin Ekologiya şöbəsinin rəisi Rövşən Kərimov, “Ekol Mühəndislik Xidmətləri” QSC-nin rəhbərliyi və mütəxəssisləri iştirak etmişlər.

Baş direktorun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov iştirakçıları salamlayaraq bu görüşün neft sənaye sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində ARDNŞ-nin “Ekol Mühəndislik Xidmətləri” QSC qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar olduğunu diqqətə çatdırdı.Sonra söz FMT şirkətinin rəhbəri George Haya təqdim olundu.

George Hay rəhbərlik etdiyi şirkət haqqında görüş iştirakçılarına məlumat verərək bildirdi ki, bu şirkət uzun illərdir neftlə çirklənmiş torpaqların və daş kömür yataqlarından atılan tullantıların təmizlənməsi ilə məşğuldur. O qeyd etdi ki, bu tullantıların təmizlənməsində ABŞ-nın "TARMAC İNTERNATİONAL, İNC." şirkətinin istehsalı olan qurğudan istifadə olunur. Hazırda FMT şirkəti Ruminiyada, 15 hektar sahədə 220 min tona qədər neftlə çirklənmiş torpaqların termik üsulla təmizlənməsini həmin qurğu vasitəsilə uğurla həyata keçirmişdir.

Sonra George Hay "TARMAC İNTERNATİONAL, İNC." şirkətinin istehsalı olan qurğunun prezentasiyasını keçirmiş və qurğunun texniki göstəriciləri haqqında görüş iştirakçılarına məlumat vermişdir. Prezentasiya ətrafında geniş müzakirələr aparılmış, bir sıra texniki məsələlərə aydınlıq gətirilmişdir.

Görüşün sonunda qərara alınmışdır ki, QSC-nin layihə əraziləri, çirklənmiş torpaqların xarakteristikaları haqqında və eyni zamanda qurğu haqqında müfəssəl məlumatların əldə olunması üçün suallar toplusu hazırlansın və araşdırılsın.

 

 
 
 

tarix : 30.08.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.