ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də İspaniya səfirliyinin nümayəndəsi ilə görüş keçirilmişdir

         Sentyabrın 11-də  baş ofisində  QSC-nin rəhbərliyi ilə İspaniya səfirliyinin Ticarət Departamentinin nümayəndəsi Alvaro Ferreira Diazla görüş keçirilmişdir. Öncə  İspaiyalı qonaq səmimi qəbula görə QSC rəhbərliyinə öz təşəkkürünü bildirdi.  O qeyd etdi ki,  İspaniya dövləti ölksində fəaliyyət  göstərən şirkətlərin  dünya dövlətlərinə, o cümlədən Azərbaycan Respublikasına inteqrasiya etmələrində çox maraqlıdır. 
       

        Alvaro Ferreira bildirdi ki, oktyabr ayının 16-17-də İspaniyanın tikinti, ticarət və ətraf mühitin mühafizəsi sahəsində tanınmış  15-ə qədər şirkəti  analoji şirkətlərlə  əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə  Azərbaycana gələcəkdir.  Elə bu görüş də həmin tədbirə hazırlıq məqsədilə  nəzərdə tutulmuşdur. Güman edirəm ki,  İspaniya şirkətləri arasında  ekoloji məsələlərlə məşğul olan  şirkətlərin "Ekol Mühəndislik Xidmətləri" QSC ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında  görüşlər  keçirməsi məqsədəuyğun olardı.
        Baş direktoru Ramil Əliyev  QSC-nin   ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən, inkişaf etmiş xarici şirkətlərlə əkəkdaşlıq əlaqələrinin yaradılmasında hər zaman maraqlı olduqlarını  və hazırda   bir çox tanınmış xarici şirkətlərlə əməkdaşlıq etdiklərini səfirlik nümayəndəsinin diqqətinə çatdırdı. QSC-nin fəaliyyəti haqqında qonağa ətraflı məlumat verən Ramil Əliyev oktyabr ayında Azərbaycana gələcək analoji İspaniya şirkətləri ilə  işgüzar görüşlər keçirilməsinə  maraqlı  olduqlarını bilıdirdi.
     Görüşdə qərara alındı ki, QSC-nin və İspaniya şirkətlərinin fəaliyyətləri haqqında  qarşılıqlı məlumatlar  bir həftə ərtzində tərəflərə çatdırılsın və bu istiqamətdə zəruri hazırlıq işləri həyata keçirilsin. Bununla da görüş qarşılıqla anlaşma şəraitində başa çatmışdır.

tarix : 12.09.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.