ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İtaliyanın "Mambrini" şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

Sentyabrın 13-də QSC-nin baş ofisində İtaliyanın “Mambrini” şirkətinin nümayəndələri ilə rəhbərliyin görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə açan QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlayaraq onlara rəhbərlik etdiyi şirkətin fəaliyyəti və texniki imkanları barədə məlumat verdi. Sonra söz "Mambrini" costruzioni s.r.i. şirkətinin prezidenti Ciulio Mambriniyə təqdim olundu.

Şirkətin prezidenti öncə səmimi qəbula görə QSC rəhbərliyinə öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, "Mambrini" costruzioni s.r.i. şirkəti bir ailəvi şirkət olaraq 1939-cu ildən fəaliyyət göstərir. Şirkət yolların çəkilməsi, binaların və otellərin tikilməsi, NEZ-da mühəndislik xidmətlərinin göstərilməsi ilə yanaşı ekologiya sahəsində də layihələr həyata keçirir. "Mambrini" şirkəti Yaponiya, İngiltərə və Almaniya kimi dövlətlərdə bir sıra birgə layihələr yerinə yetirmişdir. Fəaliyyət sahələrimizin uyğun olması ilə əlaqədar hesab edirəm ki, tullantıların emalı və neftlə çirklənmiş torpaqların təmizlənməsi sahəsində əməkdaşlıq edə bilərik. Elə bu məqsədlə də bu görüşə gəlmişik.

Ciulio Mambrini çıxışına davam edərək bildirdi ki, "Mambrini" şirkəti hazırda İtaliyanın Milan və Bari şəhərlərində NEZ-nın tullantılarını müasir texnologiyalarla təmizləməklə məşğuldur. O QSC rəhbərliyini bu texnologiyalarla tanış olmaq üçün İtaliyaya dəvət etdi.

QSC-nin baş direktoru Ramil Əliyev dəvətə görə qonaqlara öz minnətdarlığını bildirdi. O qeyd etdi ki, neftlə çirklənmiş torpaqların təmizlənməsi və neftşlamların emalı sahəsidə ARDNŞ-nin "Ekol Mühəndislik Xidmətləri" QSC qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədilə daimi yeni texnika və texnologiyaların axtarışındayıq. Hazırda bir neçə tanınmış xarici şirkətlərlə bu istiqamətdə danışıqlar aparırıq. Ümid edirəm ki, Sizin tərəfinizdən də maraqlı təkliflər alacaq və gələcək əməkdaşlığımız üçün zəmin yaranacaqdır. Onu da qeyd edim ki, Azərbaycanda neft sənayesinin 150 ildən çox bir tarixi vardır. Bu sahədə uzun illər yığılıb qalmış ekoloji problemlərin həllinə yalnız dövlət müstəqilliyimiz əldə edildikdən sonra böyük önəm verilmidir. Hazırda respublikamızda geniş miqyaslı ekoloji layihələr uğurla həyata keçirilir. Eyni zamanda onu da nəzərinizə çatdırıram ki, neft sənayesi sahələrində tullantılar tərkibinə və çirklənmə dərəcəsinə görə olduqca müxtəlifdir ki, bu da tullantıların təmizlənməsinə xüsusi yanaşma tələb edir. Hesab edirəm ki, bu amilləri nəzərə alaraq respublikamızdakı çirklənmiş sahələrdən mütəxəssislərinizin iştirakı ilə nümünələr götürülməli, analitik təhlil edildikdən sonra hər iki tərəfin mütəxəssisləri tərəfindən müzakirəyə çıxarılmalı və nəticəyə uyğun olaraq qərar qəbul edilməlidir.

Qonaqlar baş direktor Ramil Əliyevin fikirləri ilə tam razı olduqlarını qısa zamanda öz təkliflərini QSC-nə təqdim edəcəklərini görüş iştirakçılarının diqqətinə çatdırdılar. Bununla da görüş başa çatdı.

tarix : 14.09.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.