ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də 20 sentyabr "Neftçilər Günü" ilə əlaqədar iməcilik keçirilmişdir

Bu gün Dövlət Neft Şirkətinin təşəbbüsü ilə ARDNŞ-nin bütün fəaliyyət sahələrində 20 sentyabr "Neftçilər Günü" ilə əlaqədar geniş miqyaslı iməcilik keçirilmişdir. İməcilik zamanı ARDNŞ-nin tabeli təşkilatlarının istehsalat sahələrində xeyli təmizlik və abadlıq işləri yerinə yetirilmişdir.

Bu münasibətlə "Ekol Mühəndislik Xidmətləri" QSC-də də iməcilik təşkil edilmiş və bütün istehsalat sahələri əhatə olunmuşdur. Tədbirdə QSC-nin rəhbərliyi və çoxsaylı kollektivinin nümayəndələri iştirak etmişlər. QSC-nin Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ" NEZ-nun ərazisindəki istehsalat sahələrində, eləcə də "Abşeronneft" NQÇİ-nin , Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində və ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində təmizlik və abadlıq işləri aparılmış, yaşıllıq sahələrində mövsümü aqrotexniki işlər həyata keçirilmişdir.
İməcilikdə QSC-nin gördüyü əsas işlərdən biri də "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisində yeni yaşıllıq sahəsinin salınması olmuşdur. Bu gün xüsusi ayrılmış sahədə QSC-nin Torpaqların Rekultivasiyası Derpartamentinin "BibiHeybət" sahəsindəki şitilxanasında becərilmiş 500-ə qədər müxtəlif növ ağac əkilmişdir.
QSC-də 20 sentyabr "Neftçilər Günü" ilə əlaqədar təşkil olunmuş iməcilik günorta saatlarınadək davam etmişdir.
 

tarix : 15.09.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.