ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC "Neftçilər Günü"nü və ARDNŞ-nin 20 illik yubileyini layiqincə qarşılayır

         1994-cü ilin sentyabr ayında imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Elə həmin ildən də Azərbaycan neftçiləri bu əlamətdar günü böyük təntənə ilə qeyd edirlər. 2012-ci ildə 12-ci dəfə qeyd olunan "Neftçilər Günü" həm də, ölkə iqtisadiyyatında müstəsna rolu olan ARDNŞ-nin 20 illik yubileyinə və "Əsrin Müqaviləsi"nin 18 illiyinə təsadüf etməsi ilə əlamətdardır. Bu məqsədlə də "Neftçilər Günü" respublikamızda daha geniş və daha böyük təntənə ilə qeyd olunur.

ARDNŞ-nin fəaliyyət sahələrində prioritet ekoloji layihələr həyata keçirən "Ekol Mühəndislik Xidmətləri" QSC də hər il olduğu kimi, bu il də 20-sentyabr “Neftçilər Günü” və Dövlət Neft Şirkətinin 20 illik yubileyi ərəfəsində böyük nailiyyətlər əldə etmişdir. 2012-ci ilin müvafiq dövründə QSC-nin Tullantıların Emalı Departamenti tərəfindən Heydər Əliyev adına BNEZ-da və "Azərneftyağ" NEZ- da formalaşan 14 milyon 778 min m3 sənaye çirkab, tullantı suları təmizlənmiş, 20 min 267 tona qədər neftşlam emal edilmişdir. "Azneft" İstehsalat Birliyinin ayrı-ayrı neftqazçıxarma idarələrinin istehsalat sahələrində ekoloji monitorinqlər aparılmış və ekoloji texniki-normativ sənədlərin işlənib hazırlanması həyata keçirilmişdir. Eyni zamanda, "Azneft" İB-nin "Abşeronneft" və BibiHeybətneft" NQÇİ-nin mədən ərazilərində eləcə də ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində 78 min ədədə qədər müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərilmişdir.

QSC 2012-ci ilin müvafiq dövründə "Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması" və "Bakı Ağ Şəhər" layihəsinin "Yaşıl ada" bölgəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi" layihələrinin icrasını da uğurla həyata keçirmişdir.

Bununla yanaşı, “Ekol Mühəndislik Xidmətləri” QSC 20 sentyabr “Neftçilər günü” münasibətilə paytaxta keçirilən rəsmi tədbirlərə də qatılmışdır. Milli parkda təşkil olunmuş sərgidə QSC özünün son nailiyyətlərini, yeni texnika və texnologiyalarını əks etdirən stendini sərgi iştirakçılarına nümayiş etdirir. Xüsusi zövqlə və əyani vasitələrlə tərtib edilmiş stend sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir.

Sərgidə iştirak edən dövlət rəsmləri və ARDNŞ-nin rəhbərliyi də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin stendinə baxış keçirmiş, stendin tərtibatı, nümayiş etdirilən əyani vasitələr və eksponatlar onlarda xoş təəssürat yaratmışdır. QSC-nin baş direktoru Ramil Əliyev dövlət rəsmlərinə və ARDNŞ-nin rəhbərliyinə görülmüş işlər və perspektiv planlar barədə qısa məlumat vermişdir.
 

 
 

tarix : 20.09.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.