ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC- də çalışan mühəndis-texniki işçilərin texniki təhlükəsizlik üzrə imtahanları keçirilir

“Ekol Mühəndislik Xidmətləri” QSC-də texniki təhlükəsizliyin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində məqsədyönlü tədbirlər həyatra keçiririlir. İSO-18001 (OHSAS) sertifikatlını almış və fəaliyyətrini bu standartların tələbləri səviyyəsində quran QSC istehsalat sahələrində əməyin mühafizəsinə və texniki təhlükəsizliyin tələblərinə əməl olunmasına xüsusi diqqət yetirir. Bununla yanaşı, işçilərin sanitar-texniki normalara uyğun iş şəraiti, xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin olunması da daimi diqqət mərkəzindədir.

QSC-də çalışan işçilərin İSO-18001 (OHSAS) standartının tələblərinə uyğun texniki təhlükəsizlik üzrə bilik səviyyələrinin artırılması istiqamətində də müvafiq tədbirlər görülür. Bu məqsədlə vaxtaşırı treninq və seminarlar keçirilir və dövrü olaraq təlimatlara uyğun işçilərin bilik səviyyələri yoxlanılır. Zəruri hallarda əlavə təlimatlandırma və maarifləndirmə tədbirləri həyata keçirilir.
QSC-də çalışan mühəndis-texniki işçilərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə, təsdiq edilmiş qrafikə uyğun olaraq 8 oktyabr 2012-ci il tarixdən növbəti imtahanlara başlanılmışdır. Əvvəlki illərdən fərqli olaraq bu il imtahanlar test üsulu ilə keçirilir ki, bu da işçilərin bu sahədəki biliklərinin tam aşkar olunması üçün xüsusilə əlverişlidir.
Keçirilən imtahanların nəticələri göstərir ki, QSC-də çalışan mühəndis-texniki işçilərin bilik səviyyələri qənaətbəxşdir. Aşkar olunmuşdur ki, bu kateqoriyadan olan işçilər tərəfindən texniki təhlükəsizlik qaydaları, təlimatlar və ən başlıcası İSO-18001 (OHSAS) standartının tələbləri dərindən mənimsənilmişdir.
İmtahanda QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, Kadrlar şöbəsinin rəisi Sədaqət Söhbətova, Əmək haqqı və əməyin təşkili şöbəsinin rəisi Şahin Səlimov, HİK-nin sədri Əli Ələkbərov, Ekoloji Monitorinq Departamentinin rəis müavini Natella Şəfiyeva, Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov və rəis müavini Tapdıq Quliyev iştirak etmişlər.
Mühəndis-texniki işçilərin texniki-təhlükəsizlik sahəsində biliklərinin yoxlanılması məqsədilə imtahanlar ayrı-ayrı struktur bölmələri üzrə davam etdirilir.
 

tarix : 11.10.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.