Futzal üzrə Azərbaycan Çempionatı gərgin mübarizə şəraitində davam edir. Bu gərgin mübarizəyə qoşulmuş "Ekol" MFK çempionatın ilk iki turunu qələbə ilə başa vurmuşdur. Yalnız III turda "Araz" komandasına məğlub olan "Ekol" öz əzmliyini itirməyərək mübarizəsini yüksək ruhda davam etdirir.
Oktyabrin 12-də isə komandamız Çempionatın IV turunda Bakının "Flames" komandası ilə görüşmüş və rəqib komandanı 7:2 hesabı ilə məğlub etmişdir. Çempionatın qalibi olmağı qarşısına məqsəd qoyan "Ekol" MFK qələbəyə doğru inamla irəliləyir.
tarix : 16.10.2012
|