ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də texnoloji proseslərin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir

     Ekoloji  yönümlü fəaliyyət sahələri ilə məşğul olan "Ekol Mühəndislik Xidmətləri" QSC-nin neft emalı zavodlarının istehsalat sahələrində sənaye-çirkab sularının təmizlənməsi və neftşlamın emalı proseslərinin təkmilləşdirilməsi, eləcə də  ətraf mühitin mühafizəsi  istiqamətində davamlı  tədbirlər həyata keçirilir.

     Bu məqsədlə 2012-ci ildə də QSC-nin Tullantıların Emalı Departamentinin (TED) 6-cı (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) və 7-ci  ("Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisin) sahələrində mexaniki  təmizləyici qurğularda profilaktiki təmir işləri aparılmış, neftayrıcılarda uzun illər yığılıb qalmış  neftşlam təkrar emal olunmuşdur.

    Cari ildə  bu istiqamətdə  həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də TED-nin 6-cı sahəsində mexaniki təmizləyici qurğular sisteminin 1-ci çökdürücü gölündə illərlə yığılıb qalmış 3.6 min tondan çox neftşlamın çıxarılaraq təkrar emal olunması və gölün çöküntülərdən təmizlənərək təkrara istismara verilməsidir. Bu işlərin yerinə yetirilməsi ilə sənaye-çirkab sularının  təmizlənmə  prosesi  xeyli dərəcədə yaxşılaşmışdır ki, bu da ərazidə ətraf mühitin  ekoloji vəziyyətinə öz müsbət təsirini göstərmişdir.

     Hazırda TED-nin 6-cı sahəsinin təmizləyici qurğular sisteminə daxil olan    6 ədəd  neftayrıcıların  çöküntülərdən təmizlənməsi işləri başa çatdırılmaq üzrədir. İcra müddətində təmizlənən qurğularda  5.6 min tondan çox neftşlam çıxarılaraq təkrar emala göndərilmiş və qurğular çöküntülərdən tam  təmizlənmişdir.

     Sənaye-çirkab sularının təmizlənməsi proseslərinin yaxşılaşdırılması  və ətraf mühitin mühafizəsi  istiqamətində tədbirləri  TED-nin 7-ci sahəsində də davam etdirilir.

 

 
 
 

tarix : 16.10.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.