ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də İspaniyanın "EINAR s.a. Tecnologiya Del Agua Şirkəti"nin nümayəndəsi ilə görüş keçirilmişdir

   Oktyabrın 16-da "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində İspaniyanın "EINAR s.a.  Tecnologiya  Del  Agua" şirkətinin  Beynəlxalq layihələr departamentinin layihə meneceri Alejandro Fernandez Jastro ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov qonağı salamlayaraq ona QSC-nin fəaliyyəti və texniki imkanları haqqında qısa məlumat verdi.

     "EINAR s.a." şirkətinin nümayəndəsi öncə səmimi qəbula görə öz minnətdarlığını bildirdi. Sonra  ispaniyalı  qonaq çıxışına davam etdirərək bildirdi ki,  "EINAR s.a." şirkəti 25 ildən çoxdur ki, fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti xüsusi qurğular vasitəsilə hidrotexniki qurğularda su ehtiyyatlarını tənzimləməkdən ibarətdir. Bununla yanaşı, fəaliyyətimiz dövründə bir neçə layihələrdə su hövzələrində tullantıların idarə olunması barədə təkliflər də vermişik.  A.F. Jastro bildirmişdir ki, şirkətin  fəaliyyətinin 85%-ə qədəri İspaniyanın su təsərrüfatı müəssisələri ilə bağlıdır. Bununla belə su ehtiyyatlarının tənzimlənməsi sahəsində Argentina və Hindistanda da layihələr həyata keçirmişik.

QSC-nin nümayəndələri maraqlı məlumat üçün A.F.Jastroya öz təşəkkürlərini bildirdilər. Sonra görüş iştirakçıları "EINAR s.a." şirkətinin su ehtiyatlarının tənzimlənməsində istifadə etdiyi üsullar, qurğu və avadanlıqlar haqqında geniş müzakirələr apardılar və  faydalı fikir mübadiləsi etdilər.

Qeyd olundu ki, iki şirkət arasında gələcək əməkdaşlıq əlaqələrinin mümkün variantlarının araşdırılmasına ehtiyac vardır və bu istiqamətdə qarşılıqlı səylər göstərilməlidir. Bununla da görüş işgüzar şəraitdə başa çatmışdır.

  

                     

 
 
 

 

tarix : 17.10.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.