ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbirlər keçirilmişdir

     18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Dövlət Müstəqilliyinin  21-ci ildönümü respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunur.  Bu münasibətlə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində də silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə QSC-nin rəhbərliyi və çoxsaylı kollektivinin nümayəndələri iştirak etmişlər.

     Çıxış edənlər kollektivi bayram münasibətilə təbrik edərək qeyd etmişlər ki, 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etmişdir. Həmin il  oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında göstərilmişdir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

     Natiqlər xüsusilə vurğulamışlar ki, Dövlət Müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olmuş ümummilli lider Heydər Əliyevin  siyasi kursu ötən illərdə uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı uğurlu siyasət nəticəsində keçən 21 ildə ölkəmiz öz müstəqilliyini bütün dünyada tanıtmış, beynəlxalq təşkilatların  üzvlüyünə qəbul edilmiş, dünya dövlətləri ilə bərabərhüquqlu əlaqələr yaranmışdır. Bu illərdə daxili və xarici qüvvələrin təxribat və maneələrinə  baxmayaraq, dövlət müstəqiliyimiz qətiyyətlə qorunmuş və onun  yaşaması üçün  vacib olan bütün tədbirlər görülmüşdür. 

    Tədbirlərdə qeyd olunmuşdur ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın  tarixi nailiyyətidir. Hər birimizin  müqəddəs borcu müstəqil dövlətimizin  qədrini  bilmək, onu qorumaq, inkişaf etdirmək, dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq və  bu mübarizədə daha möhkəm əzm, qətiyyət nümayiş etdirməkdən ibarətdir.

                    

                     

 
 

 

tarix : 18.10.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.