ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları mövzusunda növbəti praktiki məşğələlər keçirilmişdir

      "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində təhlükəsiz əmək şəraitinin yaradılması, bədbəxt hadisələrin və qəzaların qarşısının alınması, eləcə də dövlət əmlakının  mühafizə olunması  daimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü  tədbirlər həyata keçirilir.

       Silisilə tədbirlərin davamı olaraq, oktyabrın 18-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin  neft ayırma müəssisələri üçün  yaratdığı və  Yanğın Təhlükəsizliyi Dəstəsinin təsdiq etdiyi plan-qrafikə əsasən, Texniki Təhlükəsizlik Şöbəsi tərəfindən QSC-nin O.Vəliyev 1 ünvandakı və "Azərneftyağ" NEZ ərazisindəki  istehsalat sahələrində ilkin yanğınsöndürmə vasitələrindən istifadə  qaydaları mövzusunda növbəti praktiki məşğələlər keçirilmişdir. Praktiki məşğələlərə  QSC-nin  Tullantıların Emalı Departamentinin  6-cı və  7-ci sahələrinin, Ekoloji Monitorinq Departamentinin, Nəqliyyat sexinin, Elektromexanika sexinin və digər struktur bölmələrinin işçiləri cəlb olunmuşlar.
      Praktiki məşğələlərdə işçilərə yanğın zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin   xarakteristikaları və  istifadə qaydaları  geniş izah edilmiş, odsöndürən balonlar vasitəsilə yanğının söndürülməsi  praktiki olaraq  nümayiş etdirilmişdir.

     Tədbirlərdə QSC-nin  baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov, 18 saylı HYH-nin inspektoru Rza Şeyxzadə və 13 saylı YMH-nin inspektoru Elmir Şəfiyev iştirak etmişlər.

                    

                     

 
 

 

tarix : 19.10.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.