Qələbəyə döğru inamla addımlayan "Ekol" MFK futzal üzrə Azərbaycan Çempionatının V turunda növbəti qələbəsini qazanmışdır. Oktyabrın 24-də V turda "Qarabağ veteranları" komandası ilə qarşılaşan "Ekol" rəqib komandanı 12:0 hesabı ilə məğlub etmişdir. Xatırladaq ki, bu ilki çempionatda komandamız yalnız "Araz" komandasına məğlub olmuş, digər komandalarla görüşləri isə qələbələrlə başa vurmuşdur.
Çempionatın növbəti turunda "Ekol", qeyri müəyyən vaxta "PSL" komandası ilə qarşılaşacaqdır.
tarix : 30.10.2012
|