ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində mövsümü işlər yüksək ahənglə davam edir

 Ötən illərdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin həyata keçirdiyi prioritet ekoloji layihələrdən biri də H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala sahəsində) neftlə çirklənmiş torpaqların təmizlənməsi və neftşlamın bioremediasiyası layihəsi olmuşdur. Layihə işləri 9 hektar sahəni əhatə etmiş, 4.5 hektar ərazidən 37 min m3-ə qədər neftşlam çıxarılaraq xüsusi ayrılmış sahədə bioremediasiya olunmuş və ərazidə mexaniki rekultivasiya işləri yerinə yetirilmişdir.

2010-cu ildən başlayaraq, layihənin son mərhələsində reabilitasiya olunmuş ərazilərdə QSC tərəfindən 10 mindən çox müxtəlif ağac növləri və bəzək kolları əkilmişdir. Hazırda QSC-nin Torpaqların rekultivasiyası departamenti H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 11 min 500-dən çox müxtəlif ağac növlərinə və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Əvvələr bataqlığı xatırladan bu sahə indi yaşıllığa bürünmüş, görülən tədbirlər nəticəsində əkilmiş ağaclar kifayət qədər inkişaf etmişdir.

Payız mövsümünün başlaması ilə əlaqədar layihə ərazisində mövsümü işlərə start verilmişdir. Hazırda ərazidə ağac və kolların budanması, bitkilərə mövsümü gübrələrin verilməsi, abadlıq işlərinin aparılması və digər aqrotexniki tədbirlər yüksək ahənglə davam etdirilir. Bu mövsümdə də ərazidə yeni ağac və kolların əkilməsi nəzərdə tutulmuşdur.

QSC-nin Torpaqların rekultivasiyası departamentinin kollektivi, H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində yaşıllıqların mühafizəsi və inkişaf etdirilməsi sahəsinə müqavilə öhdəliklərinə yüksək səviyyədə əməl olunması üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
 

 

 

tarix : 01.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.