ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də həyata keçirilən tədbirlər ekoloji vəziyyətin yaxşılaşmasına yönəldilmişdir

"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyət sahələrində və ətraf ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində daimi məqsədyönlü tədbirlər həyata keçirir. Orta hesabla bir ayda Heydər Əliyev adına BNEZ-nun və "Azərneftyağ" NEZ-nun 1 milyon 900 m3-ə qədər sənaye-çirkab sularının normaya uyğun təmizlənməsi, 3 min tona qədər neft şlamın emal edilməsi, NQÇİ-nin mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, mexaniki təmizləyici qurğularda və tutumlarda uzun illər yığılıb qalmış neftşlamların emal edilməsi və s. bu kimi tədbirlər məhz ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilmişdir.

QSC də sudan, elektrik enerjisindən və qazdan qənaətlə istifadə edilməklə yanaşı, istehsalat sahələrində formalaşan tullantıların idarə olunması da İSO-14001 beynəlxalq standartlarının tələləblərinə uyğun həyata keçirilir. QSC-də formalaşan xüsusi tullantılar Ekoloji monitorinq departamenti tərəfindən daimi nəzarətdə saxlanılır. ARDNŞ-nin Ekologiya idarəsi ilə bağlanmış müqaviləyə əsasən xüsusi tullantılar (işlənmiş avtomaşın şinləri, lüminessensiya lampaları, katriclər, akkumlyatolar və s.) vaxtaşırı olaraq Qaradağ "Tullantı Mərkəzi"nə təhvil verilir. Cari ilin 9 ayı ərzində "Tullantı Mərkəzi" nə 1 tona qədər xüsusi tullantılar, digər müvafiq təşkilatlara isə 1.8 ton bərk tullantılar, 210 m3 kanalizasiya suları təhvil verilmişdir.

QSC-də atmosferə atılan qazların minimuma endirilməsi sahəsində də qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə mexaniki təmizləyici qurğuların, flatatorların üst örtükləri təmir edilir və əksər hallarda yenisi ilə əvəz edilir. QSC-nin balansında olan nəqliyyat vasitələri mütəmadi olaraq texniki müayinədən keçirilir və nasazlıqlar operativ olaraq aradan qaldırılır.

"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyət sahələrində və ətraf ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
 

 

 

tarix : 05.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.