ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin 2012-2013-cü illər üçün qışa hazırlıq Tədbirlər Planı yüksək səviyyədə icra olunur

Payız-qış mövsümünə hazırlıqla əlaqədar QSC-nin bütün istehsalat sahələrində cari təmir və abadlıq işləri böyük vüsət almışdır. Bu mövsümdə istehsalatın fasiləsizliyinin təmin olunması, inzibati və yardımçı binaların istiliklə təmin edilməsi, baş verə biləcək fövqəladə hallarda qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işlər yüksək səviyyədə həyata keçirilir.

Hazırda QSC-nin O. Vəliyev 1 ünvanda (H. Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) yerləşən istehsalat sahəsində neft təmizləyici qurğuların nefttutucularında uzun illər yığılıb qalmış neftşlamın çıxarılaraq emal olunması işləri davam etdirilir. Nəqliyyat sexində isə tikintisi başa çatmış "nəqliyyat vasitələrinə texniki xidmət sahəsi"ndə son tamamlama işləri yerinə yetirilir, inzibati, məişət və yardımçı binalarda cari təmir və abadlıq işləri aparılır. Eyni zamanda bütün istehsalat sahələrində su, kanalizasiya xətlərində, istilik sistemlərində və elektrik şəbəkələrində zəruri izolyasiya və təmir işləri görülür.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar QSC-nin digər istehsalat sahələrində də məqsədyönlü tədbirlər həyata keçirilir. Cari ilin III rübündə QSC-nin Tullantıların emalı departamentinin 7-ci sahəsində ("Azərneftyağ" NEZ-nun 8-ci sexinin ərazisi) mexaniki təmizləyici qurğular sistemində profilaktiki təmir və təmizləmə işləri görülüb başa çatdırılmışdır. İnzibati və yardımçı binalarda cari və əsaslı təmir işləri yerinə yetirilmiş və istilik sistemi ilə təchiz edilmişdir. Payızın gəlişi ilə əlaqədar QSC-nin istehsalat sahələrindəki yaşıllıq sahələrində də mövsümü işlərə start verilmişdir.

QSC-nin 2012-2013-cü illər üçün qışa hazırlıq "Tədbirlər Planı" çərçivəsində nəzərdə tutulan işlərin yüksək səviyyədə yerinə yetirilməsi, işçilərin FMV ilə təmin edilməsi qış mövsümündə istehsalatın fasiləsizliyinin təmin olunmasına və işçilərin normal şəraitdə fəaliyyət göstərmələrinə əsaslı zəmin yaradacaqdır.

 

 

 

tarix : 07.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.