ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin nümayəndə heyəti İtaliyanın Rimini şəhərində xidməti ezamiyyətdə olmuşlar

“Ekol Mühəndislik Xidmətləri” QSC dünyanın qabaqcıl ölkələrində istehsal olunan, iqtisadi, ekoloji cəhətdən daha səmərəli, daha məhsuldar qurğuların və texnologiyaların əldə olunması sahəsində axtarışlarını davam etdirir. Bu məqsədlə dünyanın analoji şirkətləri ilə işgüzar əlaqələr yaradılır, vaxtaşırı görüşlər keçirilir və QSC nümayəndələrinin aidiyyəti beynəlxalq sərgilərdə iştirakı təmin olunur.

Bununla əlaqədar olaraq, ARDNŞ-nin Ekoloji Layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov və baş direktorun köməkçisi Sabutay Əliyev "ECOMONDO" sərgisində iştirak etmək üçün 06-10 noyabr 2012-ci il tarixlərdə İtaliyanın Rimini şəhərində xidməti ezamiyyətdə olmuşlar. Ezamiyyə müddətində QSC nümayəndələri sərgidə ekologiya sahəsində nümayiş etdirilən qurğu və avadanlıqlarla yaxından tanış olmuş, maraqlı məlumatlar əldə etmişlər.

Noyabrın 9-da isə QSC nümayəndələri İtaliyanın Luqo Vilayətində yerləşən "Diemme Soli Washinq SRL" şirkətində olmuş, bu şirkətin istehsal etdiyi çirklənmiş torpaqların təmizlənməsi qurğuları ilə tanış olmuşlar. Şirkətin mütəxəssisləri qurğuların texniki xarakteristikaları və iş prinsipi barədə QSC nümayəndələrinə ətraflı məlumat vermiş, mövzu ətrafında hərtərəfli müzakirələr aparılmışdır. Bu görüşdə, eyni zamanda hər iki şirkətin gələcəkdə əməkdaşlıq əlaqələrinin mümkün variantları da müzakirə edilmişdir.

Bununla da nümayəndə heyətinin İtaliya Respublikasına xidməti ezamiyyəti xoş təəssüratlarla başa çatmışdır.

 

 

 
 

tarix : 12.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.