ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Almaniyanın “AWAS” firmasının nümayəndələri ilə növbəti görüş keçirilmişdir

 Noyabrın 12-də “Ekol Mühəndislik Xidmətləri” QSC-nin baş ofisində Almaniyanın “AWAS” firmasının  nümayəndələri ilə  növbəti görüş keçirilmişdir.  Görüş  “AWAS”  firmasının istehsal etdiyi  su təmizləyici qurğuları ilə tanış olmaq məqsədi ilə təşkil olunmuşdur. Görüşdə "AWAS" firmasının   sahibi Xaints İnne, satış üzrə direktor Vadim  Loboyka, firmanın Azərbaycan nümayəndəsi Fuad Həmidov, QSC-nin baş direktorunun istehsalat üzrə müavini-Texniki direktor Məzahir Hüseynov, baş direktorun SƏTƏM üzrə müavini   Rəşad İsmayılov, aidiyyatı departament və şöbə rəisləri iştirak emişlər.

     Məzahir Hüseynov  qonaqları  salamlayaraq görüşün məqsədi barədə məlumat vermiş və qonaqlara bu ilin aprel ayında keçirilmiş görüşü xatırlatmışdır. O bildirmişdir ki, bu görüş nanotexnologiyaların istehsalata tətbiqi sahəsində QSC-nin həyata keçirdiyi tədbirlərin məntiqi davamıdır. Xaints İnne səmimi qəbula görə minnətdarlığını bildirdi və QSC nümayəndələri ilə ikinci dəfə görüşdüyündən məmnun olduğunu qeyd etmişdir.
     Sonra firmanın  satış üzrə direktoru Vadim  Loboyka   istehsal etdikləri, müxtəlif  modelli qurğuların elektron məlumatlarını və video çarxlarını  görüş iştirakçılarına təqdim etmiş və qurğuların iş prinsipi, onların texniki göstəriciləri barədə ətraflı şərh vermişdir.
   Prezentasiyadan sonra görüş iştirakçıları mövzu ətrafında  geniş müzakirələr aparmışlar. Təklif olunan qurğuların Azərbaycan şəraitində  istifadə olunmasının mümkün variantları, texniki şərtləri və iqtisadi səmərəliliyi məsələlərinə aydınlıq gətirilmişdir.
   Sonda  qərara alınmışdır ki, hazırda QSC-nin  təmizlədiyi çirkab-sənaye sularından nümunələr “AWAS”  firmasına təqdim olunsun və nəticələrə uyğun olaraq müzakirələr davam etdirilsin.  Eləcə də, QSC mütəxəssislərinin hazırda digər dövlətlərdə istismarda olan qurğuları ilə yerindəcə tanış olsunlar.
 
 

 

tarix : 13.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.