ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC-də YAP-nın 20-ci ildönümü və Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilmişdir
      Noyabrın 15-də QSC-nin baş ofisində  YAP-nın  20-ci  ildönümü  və Milli Dirçəliş Günü ilə əlaqədar geniş  tədbir keçirilmişdir. Tədbirdə YAP "Ekol" ilk ərazi  təşkilatının üzvləri  və Nizami rayon təşkilatı Aparatının rəhbəri Ramil Vəlibəyov  iştirak etmişlər.

          Tədbirdə çıxış edənlər baş direktorun müavini Rəşad İsmayılov, YAP Nizami rayon təşkilatı Aparatının rəhbəri Ramil Vəlibəyov, baş direktorun məsləhətçisi Kamil Akimov, YAP "Ekol" ilk ərazi təşkilatının sədri Fəxrəddin Quliyev və digərləri  tədbir iştirakçılarını bu əlamətdar tarixi günlər münasibətilə təbrik etmişlər. Sonra,  natiqlər Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli  tarixi yola nəzər salmış,  onun Müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatındakı misilsiz rolundan və hazırkı xidmətlərindən  yüksək ruh yüksəkliyi  ilə danışmışlar.
     Natiqlər qeyd etmişlər ki,  20 il bundan öncə Azərbaycanda yaranmış ağır tarixi şərait yeni bir siyasi təşkilatın yaranma zərurətini meydana gətirmişdir. Məhz bu səbəbdən  1992-ci il noyabrin 21-də, Naxçıvan Muxtar Respublikasında, Heydər Əliyevin sədrliyi ilə keçirilən konfransda Yeni Azərbaycan Partiyası təsis olunmuşdur. YAP yarandığı gündən  üzərinə düşən  funksiyaları uğurla həyata keçirməklə,  insanları vahid ideologiya və siyasi hakimiyyət  ətrafında toplamağa nail oldu. Bu gün dünyanın ən iri siyasi partiya təşkilatlarının üzvü olan  və müxtəlif güclü dövlətlərin hakim siyasi partiyaları ilə əməkdaşlıq edən YAP, Azərbaycanın  partologiya tarixinə fenomenal siyasi qurum kimi daxil olmuşdur. Yaranmasından  cəmi 6 ay sonra hakimiyyətə gəlmiş, həmçinin , keçirilmiş bütün seçkilərdə möhtəşəm qələbələr qazanmış, 600 min  üzvü olan Yeni Azərbaycan Partiyası Azərbaycan əhalisinin böyük əksəriyyətinin  dəstəyini alan siyasi  təşkilata çevrilib.
      Toplantıda çıxış edən natiqlər xalqımızın qürur mənbəyi olan Milli Dirçəliş Gününə də öz fikirlərini bildirdilər və o tarixi  dövrə  bir daha diqqət çəkdilər.  Qeyd olundu ki, 1988-ci ilin ilk günlərində ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qarbaçovun  buna biganə münasibətini görən ermənilər daha da azqınlaşaraq  xalqımıza qarşı daha ağır cinayətlər törətməyə başladılar. Elə həmin ilin fevral ayından Azərbaycanın  Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın  əzəli tarixi torpağı olan  Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Ancaq  bu məsələ barədə nə  Moskva , nə də Azərbaycanın o vaxtki rəhbərliyi heç bir qəti tədbir görmək istəmədilər.
     1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq Meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq, Azərbaycan ictimaiyyətinin  sonu bilinməyən mitinqi başlandı. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin  istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən isə 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
    Sonda natiqlər bir daha əlamətdar  tarixi günlər münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, onları Heydər Əliyev ideyalarının əzmlə həyata keçirilməsi, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi  yolunda Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx  birləşməyə çağırmışlar. Tədbirdə bir neçə  nəfər partiya fəalına  YAP Nizami rayon təşkilatının Fəxri Fərmanı təqdim olunmuşdur.

 

tarix : 15.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.