ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ-nin Qaz Emalı Zavodunun yaşıllıq sahələrində mövsümü işlərə başlanmışdır

ARDNŞ-nin neft-qaz sənayesi sahələrində ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində uğurlu nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlər sırasında neft-qaz sənayesi sahələrində yaşıllıqların salınması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq “Ekol Mühəndislik Xidmətləri” QSC-nin də fəaliyyətinin əsas istiqamətlərindən biri neft sənayesi sahələrinin reabilitasiya olunmuş ərazilərində yaşıllıqların salınması və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsidir.

            Hazırda QSC ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində və "Bibiheybətneft" NQÇİ, H.Z.Tağıyev adına NQÇİ, "Abşeronneft" NQÇİ-nin mədən ərazilərində 90 minə qədər müxtəlif növ ağac və kollara aqrotexniki xidmətlər göstərir.
            Payız mövsümünün gəlişi ilə əlaqədar digər sahələrdə olduğu kimi ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində də mövsümü işlərə start verilmişdir. 8 hektardan çox ərazidə 9 minə qədər müxtəlif növ ağac və bəzək kollarına xidmət göstərən QSC-nin Torpaqların rekultivasiyası departamentinin (TRD) əməkçiləri ərazidə zəruri mövsümü işlərin həyata keçirilməsinə başlamışlar. Bununla əlaqədar olaraq yaşıllıq sahələrindəki ağacların budanması, bitkilərə lazımı gübrələrin verilməsi, qışa hazırlıq və digər zəruri tədbirlər yerinə yetirilir.

ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində yaşıllıq sahələrinin genişləndirilməsi və bitkilərin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir.


 

tarix : 20.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.