ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 3-cü Beynəlxalq Ətraf Mühit Sərgisində iştirak edir

 “Iteca Caspian” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə, “Bakı Ekspo Mərkəzi" də ətraf mühitin mühafizəsinə həsr olunmuş “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” (CTE) 3-cü Beynəlxalq Ətraf Mühit Sərgisi noyabrın 21-də öz işinə başlamışdır.

Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən iri ekologiya və ətraf mühitin mühafizəsi (CTE) sərgisi biznesin Azərbaycanda inkişafı üçün əlverişli vasitə olmaqla yanaşı yeni tərəfdaş axtarışı, bazarın təhlili və iştirakçılarla effektiv iş aparmaq üçün münbit şərait yaradır. Sərgi Azərbaycanın və xarici ölkələrin "təmiz" texnologiyalar bazarını təmsil edən aparıcı simalarını, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində öz məhsul və xidmətlərini təklif edən şirkətləri, eləcə də elm xadimlərini və dövlət orqanlarının nümayəndələrini bir araya gətirmişdir.

Sərgi iştirakçıları arasında neft sektorunun aparıcı şirkətləri də var və onlar təbii resurslardan səmərəli istifadə sahəsində yeni ixtiraları, habelə karbohidrogenlərin hasilatı və emalı zamanı şəhər əhalisinin maksimal ekoloji təhlükəsizliyinin təmin olunması üzrə həyata keçirdikləri ekoloji layihələrini təqdim edəcəklər.

Bu sərgidə, ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış “Ekol Mühəndislik Xidmətləri” QSC də icra etdiyi ekoloji layihələri və istehsalata tətbiq etdiyi müasir texnika və texnologiyaları əks etdirən maraqlı stendi ilə iştirak edir. Sərginin açılışında iştirak edən Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov QSC-nin stendi ilə də tanış olmuş, həyata keçirilən ekoloji layihələrlə maraqlanmışdır. Baş direktor Ramil Əliyev görülən işlər barədə H.Bağırova qısa məlumat vermişdir.

QSC-nin aktual ekoloji layihələrini əks etdirən stendi, xüsusilə İsveçin “Alfa-Laval” şirkətinin istehsalı olan, neftşlamı emal edən modul dekantor qurğusunun maketi sərgi iştirakçıları tərəfindən böyük maraqla izlənilir. “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” 3-cü Beynəlxalq Ətraf Mühit Sərgisi noyabrın 23-dək davam edəcəkdir.


 
 
 

tarix : 21.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.