ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

“Ekol Mühəndislik Xidmətləri” QSC-də İtaliyanın Foster Wheeler şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

Noyabrın 28-də QSC-nin baş ofisində İtaliyanın Foster Wheeler şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Tanışlıq xarakteri daşıyan görüşdə Foster Wheeler şirkətinin Ekoloji Departamentinin kommersiya əməliyyatları üzrə Meneceri Stefano Donzeli, şirkətin Azərbaycan nümayəndəsi Fərhad Qasımov, eləcə də QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov və aidiyyəti departament, şöbə rəisləri iştirak etmişlər.

QSC-nin baş direktoru Ramil Əliyev qonaqları səmimi salamlayaraq ARDNŞ-nin "Ekol Mühəndislik Xidmətləri" QSC qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar, yeni texnologiyaların əldə olunması məqsədilə dünyanın tanınmış şirkətləri ilə mütəmadi görüşlərin keçirildiyini onların diqqətinə çatdırdı. Baş direktor bu görüşün də əhəmiyyətli olacağına əminliyini bildirdi.
Foster Wheeler şirkətinin Meneceri Stefano Donzeli səmimi qəbula və istehsalat sahələri ilə tanışlıq üçün yaradılan əlverişli şəraitə görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirdi və təmsil etdiyi şirkət haqqında məlumat verdi. O, Foster Wheeler şirkətinin neftşlamın emalında, çirkab suların və neftlə çirklənmiş torpaqların təmizlənməsində istifadə etdiyi texnika və texnologiyaların, həmçinin həyata keçirdikləri layihələrin geniş prezentasiyasını görüş iştirakçılarına təqdim etdi. Sonra böyük maraqla qarşılanan prezentasiya ətrafında geniş müzakirələr aparıldı.
Görüşün sonunda qərara alındı ki, bu kimi görüşlər davamlı olmalı, Foster Wheeler şirkətinin təqdim etdiyi texnologiyalar, eləcə də QSC-nin istehsalat sahələrindəki sənaye-çirkab sularının, neftşlamın və çirklənmiş torpaqların xüsusiyyətləri hərtərəfli öyrənilməlidir. Gələcək əməkdaşlıq əlaqələrinin mümkünlüyü isə yalnız "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təsisçisi olduğu ARDNŞ-nin ekoloji problemlərin həllinə yönəldilmiş layihələrdə şirkətlərin iştirakından asılıdır.

 
 
 

 

tarix : 29.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.