ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Latviya şirkətlərinin nümayəndələri ilə görüş keçirilmişdir

"Ekol Mühəndislik Xidmətləri" QSC öz fəaliyyətində dünyanın inkişaf etmiş dövlətlərində ekoloji yönümdə fəaliyyət göstərən şirkətlərinin təcrübələrindən yararlanmaq və bu şirkətlərin istehsal etdikləri səmərəli qurğuları və məhsulları istehsalata tətbiq etmək istiqamətində səylərinin günü-gündən artırır. Elə bu məqsədlə də QSC-də mütəmadi olaraq xarici şirkətlərlə görüşlər keçirilir, fikir mübadiləsi aparılır və əməkdaşlıq əlaqələrinin istiqamətləri müəyyən edilir.

Belə görüşlərdən biri də noyabrın 29-da, QSC-nin baş ofisində Latviyanın Humin Maddələr İnstitutunun, "Humate Green OK", "ExTerVit Ltd biotechnology" və "VentEko" şirkətlərinin nümayəndələri ilə keçirilmişdir. Görüşdə Latviya şirkətlərinin nümayəndələri, eləcə də QSC-nin baş direktorunun müavinləri İsrafil Əliyev, Rəşad İsmayılov, müvafiq departament və şöbə rəisləri iştirak etmişlər.
Görüşdə baş direktorunun SƏTƏM üzrə müavini Rəşad İsmayılov qonaqları salamlayaraq, onlara QSC-nin fəaliyyəti və texniki imkanları barədə məlumat verdi. O, QSC-nin analoji şirkətlərlə hər zaman əməkdaşlıq etməkdə maraqlı olduğunu qonaqların diqqətinə çatdırdı. Latviyalı qonaqlar səmimi qəbula görə QSC rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və hazırkı görüşə böyük önəm verdiklərini xüsusilə vurğuladılar.
Sonra hər bir nümayəndə ayrılıqda təmsil etdikləri şirkətin fəaliyyəti və istehsal etdikləri məhsullar haqqında görüş iştirakçılarına prezentasiya təqdim etmiş və ətraflı izahat verdilər. Eyni zamanda Latviyanın Humin Maddələr İnstitutunun, "Humate Green OK" və "ExTerVit Ltd biotechnology" nümayəndələri istehsal etdikləri bioloji aktiv gübrələrin nümunələrini iştirakçılara nümayiş etdirdilər. Onların xüsusiyyətləri, əhəmiyyəti və bitkilərə verilməsi qaydaları barədə geniş məlumat verdilər. "VentEko" şirkətinin nümayəndəsi isə çirklənmiş torpaqların təmizlənməsi layihələri və istifadə etdikləri texnologiyalar haqqında məlumatı iştirakçıların nəzərinə çatdırdı. Sonda təqdim olunan prezentasiyalar ətrafında geniş müzakirələr aparıldı və sual doğuran məsələlərə aydınlıq gətirildi.
Baş direktorunun müavinləri Rəşad İsmayılov və İsrafil Əliyev maraqlı məlumatlara və prezentasiyalara görə latviyalı qonaqlara öz təşəkkürlərini bildirdilər. QSC rəhbərliyi bu görüşlərin davamlı olacağını və gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yaradacağını əminliklə qeyd etdilər. Bununla da görüş işgüzar və qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.
 
 

 
 
 

tarix : 30.11.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.