ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Bakı Olimpiya Stadionunun tikiləcəyi ərazidə işlər geniş vüsət almışdır

Respublikamızda, xüsusilə Bakı şəhərində infrastruktur sürətlə inkişaf edir, yeni müasir binalar, yol qovşaqları və dövlət əhəmiyyətli obyektlər biri birinin ardınca istifadəyə verilir. Yaxın gələcəkdə tikintisinə başlanılacaq Bakı Olimpiya Stadionu da bu qəbildən olan tikililərdən biridir. Artıq cari ilin may ayından başlayaraq Stadionun tikiləcəyi ərazidə süni gölməçələrin qurudulması və torpaqlama işlərinə başlanmışdır. Bu işlərin icrası isə ARDNŞ-nə həvalə edilmişdir.

"Ekol Mühəndislik Xidmətləri" QSC də bu layihənin iştirakçısıdır. ARDNŞ-nin Sosial İnkişaf İdarəsi ilə bağlanmış “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” müqaviləsinə əsasən, QSC ərazidəki fekal suların kənarlaşdırılması layihəsini uğurla həyata keçirir. İcra müddətində QSC əraziyə lazımı texnika, avadanlıq və işçi qüvvəsi cəlb etmiş, müqavilə üzrə nəzərdə tutulmuş işlər təqvim planına uyğun yerinə yetirilmişdir.
Layihə ərazisində fasiləsizliyin və operativliyin təmin olunması məqsədilə, QSC-nin Tullantıların Emalı Departamenti (TED) də noyabrın III ongünlüyündən ərazidə fasiləsiz iş rejiminə başlamışdır. İcra müddətində TED ərazidən 411 min 155 m3-ə qədər fekal suları kənarlaşdırmışdır.
QSC-nin TED layihənin icrasının yüksək səviyyədə davam etdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.
  

 
 

 

tarix : 05.12.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.