"Ekol Mühəndislik Xidmətləri" QSC-də işçilərin iş şəraitinin yaxşılaşdırılması əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Bununla əlaqədar olaraq QSC-nin istehsalat sahələrində iş yerləri sanitar normalara uyğun qaydada istilik-soyutma sistemləri və məişət avadanlıqları ilə təchiz edilmiş, işçilərin zəruri tələbatlarının ödənilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Bu günlərdə isə QSC-nin Nəqliyyat sexində yeni inşa edilmiş sürücülər otağı istifadəyə verilmişdir. Müasir tələblərə cavab verən otaq zəruri avadanlıqlarla təchiz olunmuş və sürücülərin asudə vaxtlarının səmərəli keçməsi üçün lazımı tədbirlər görülmüşdür. QSC-nin bütün istehsalat sahələrində işçilərin iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
tarix : 17.12.2012
|