Noyabrın 17-də Bakı İdman Oyunları Sarayında futzal üzrə Azərbaycan Çempionatının II dövrəsinin III turu keçirilmişdir. Bu turda "Ekol" MFK "Qarabağ" komandası ilə qarşılaşmış və öz rəqibini 12:1 hesabı ilə məğlub edərək növbəti qələbəsinə imza atmışdır. Hazırda "Ekol" Çempionatın turnir cədvəlində 2-ci yerə sahiblik edir.
Bu gündən etibarən Çempionat iştirakçıları olan komandalar qış tətilinə yollanmışlar. Tətil müddətində komandalar öz fiziki və taktiki hazırlıqlarını daha da möhkəmləndirəcək və Çempionatın növbəti turuna start veriləcəkdir. İnamla demək olar ki, bu ilki Çempionatın qalibi olmaqda israrlı olan "Ekol" MFK, qış tətilindən sonra da peşəkar oyunlar nümayiş etdirəcək və öz pərəstişkarlarına qələbə sevincini yaşadacaqdır.
tarix : 18.12.2012
|