ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin istehsalat sahələrində qışa hazırlıq və abadlıq işləri davam etdirilir

 "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrində iş şəraitinin yaxşılaşdırılması və istehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədilə qışa hazırlıq işləri başa çatdırılmış, qış fəslində baş verə biləcək fövqəladə halların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Qışa hazırlıqla əlaqədar Tullantıların Emalı Departamentinin 6-cı və 7-ci sahələrində ötürücü boru xətlərinin və siyirtmələrin izolyasiyası, mexaniki təmizləyici qurğularda isə profilaktiki təmir işləri yerinə yetirilmişdir. İnzibati binaların iş otaqlarında, nasosxanalarda və əməliyyatçı otaqlarında isə cari və əsaslı təmir işləri görülmüşdür.

 Nəqliyyat və Elektromexanika sexlərində də "qışa hazırlıq tədbirlər planı"nda nəzərdə tutulmuş bütün işlər yüksək səviyyədə yerinə yetirilmişdir. Nəqliyyat vasitələrinin və xüsusi texnikanın qış rejimində işləməsi üçün yağlar, antifrizlər və şinlər dəyişdirilmiş, xüsusi texnika hazırlıq vəziyyətinə gətirilmişdir. QSC-nin elektrik təsərrüfatında, istilik sistemlərində və təmizləyici qurğularda zəruri təmir-profilaktika işləri həyata keçirilmişdir.
2012-2013-cü illər üçün "Qışa hazırlıq tədbirlər planı"nda nəzərdə tutulmuş işlərin yüksək səviyyədə yerinə yetirilməsi, qış mövsümündə QSC-nin istehsalat sahələrində fasiləsizliyin təmin olunmasına zəmin yaradacaqdır.

tarix : 24.12.2012

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.