ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Texniki təhlükəsizlik şöbəsi 2012-ci ildə vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir

Texniki təhlükəsizlik şöbəsi 2012-ci ildə üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, QSC-nin istehsalat sahələrində Əməyin mühafizəsi və texniki təhlükəsizlik tam təmin edilmişdir.

Cari ildə QSC-də Əməyin mühafizəsi və texniki təhlükəsizlik kabineti yaradılmış, kabinetin dərs qrafikinə uyğun dərs və prezentasiyalar təşkil olunmuşdur. İl ərzində TED-nin istehsalat sahələrində, Elektromexanika və Nəqliyyat sexlərində, həmçinin İnzibati təsərrüfat şöbəsində çalışan işçilər üçün ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları mövzusunda nəzəri və praktiki məşğələlər keçirilmişdir. Eyni zamanda, qəzanın ləğvetmə planı hazırlanmış, qrafikə uyğun keçirilən dərslərdə və praktiki məşğələlərdə işçilərə qəza hallarında davranış qaydaları və qəzanın planlı surətdə aradan qaldırılması haqqında məlumat verilmişdir.
2012-ci ilin hər rübündə texniki komissiyanın iclası keçirilmiş və sahələrdə olan yanğına qarşı vəziyyət müzakirə olunmuşdur. Aşkarlanmış uyğunsuzluqlar akt və protokollarda öz əksini tapmışdır. Hər ay qazanxanalarda olan qaz boru xətlərinin kipliyi yoxlanılmış və müvafiq aktlar tərtib olunmuşdur. QSC-də çalışan işçi personalı mövsümü fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. İstifadə müddəti bitməmiş, istehsalat prosesi zamanı yararsız vəziyyətə düşmüş, fərdi mühafizə vasitələri müvafiq komissiya tərəfindən aktlaşdırılaraq yenisi ilə əvəz olunmuşdur. QSC-nin fəaliyyət sahələri sarğı və dərman vasitələri ilə, sahələrdəki istifadəyə yararsız odsöndürən balonlar isə yeniləri ilə əvəz olunmuşdur. Tələb olunan ümumi təhlükəsizlik plakatlarının alınması üçün sifariş verilmiş və aidiyyəti üzrə təmin edilmişdir.
Hesabat ilində Texniki təhlükəsizlik şöbəsi tərəfindən OHSAS-18001 standartlarının tələblərinə uyğun olaraq sex və sahələrdə auditlər aparılmış, müvafiq maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Sahələrdə təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə müvafiq reydlər aparılmış, aşkarlanmış uyğunsuzluqlar qeydə alınmışdır. Ekoloji monitorinq departamentinin Kompleks tədqiqatlar laboratoriyası isə yeni təmirdən sonra lazımi təhlükəsizlik vasitələri ilə təmin edilmişdir. İstirahət və bayram günlərində işlərin təhlükəsizliyinə nəzarət məqsədi ilə işçilərin növbətçilik qrafikləri tərtib edilmiş və həyata keçirilmişdir. Əməyin mühafizəsi ilə bağlı prezentasiyaların hazırlanması üçün lazımı materiallar toplanmışdır. Mütəmadi olaraq "Sifarişçi" təşkilatlardan qəbul olunmuş tullantıların qeydiyyatı aparılmış, aylıq və illik hesabatlar hazırlanmışdır.
2012-ci ildə QSC-nin fəaliyyət sahələrində çalışan bütün mühəndis-texniki işçilərə, fəhlə və sürücülərə əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə üzrə biliklərinin yoxlanılması imtahanı keçirilmiş və nəticədə işçilərin bu sahədəki təlimatları və qaydaları tam mənimsədikləri aşkar edilmişdir.
Cari ildə Texniki təhlükəsizlik şöbəsi QSC-də Mülki Müdafiə məsələlər üzrə işlərə də yetərincə diqqət yetirmiş və nəzərdə tutulmuş plan üzrə məqsədyönlü tədbirlər görülmüşdür. Mülki Müdafiə üzrə Nizami rayon MM şöbəsinin təsdiq etdiyi qrafikə uyğun olaraq, MM qüvvələrinə dərslər keçirilmişdir. QSC-də rəhbər heyətin iştirakı ilə 1 mart "Ümumdünya Mülki Müdafiə Günü" yüksək səviyyədə qeyd olunmuşdur. Mərkəzi mülki müdafiə kurslarında 1 nəfər MM qərargah rəisi, 1 nəfər isə obyekt rəhbəri kateqoriyası üzrə iştirak etmişdir.
2013-cü ildə Əməyin mühafizəsi və Texniki təhlükəsizlik sahəsində QSC-nin qarşısında duran vəzifələrin layiqincə əməl olunması məqsədilə Texniki təhlükəsizlik şöbəsi zəruri tədbirlərin həyata keçirilməsini planlaşdırmışdır.

 
 

tarix : 07.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.