ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin Tullantıların Emalı Departamenti 2012-ci ili yüksək nəticələrlə başa vurmuşdur

“Ekol Mühəndislik Xidmətləri” QSC-nin əsas fəaliyyət sahələrindən olan, tullantıların emal edilməsi və zərərsizləşdirilməsi layihələrini həyata keçirən Tullantıların Emalı Departamenti (TED) 2012-ci ili uğurlu nailiyyətlərlə başa vurmuşdur.

QSC-nin "Sifarişçi" təşkilatlarının müqavilə öhdəliklərini layiqincə yerinə yetirən TED, ötən il 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) BNEZ-dan mexaniki təmizləyici qurğulara daxil olan 10 milyon 419 min m3-dən çox sənaye çirkab sularını təmizləmiş və texnoloji proseslər nəticəsində formalaşan 28 min 352 tona qədər neftşlam müasir texniki vasitələrlə emal edilərək zərərsizləşdirilmişdir. Müvafiq dövrdə TED-nin 7-ci sahəsində isə (“Azərneftyağ” NEZ-nun 8-ci sexinin ərazisi) 11 milyon 861 min m3-ə qədər sənaye çirkab suları təmizlənmiş, 5 min tondan çox neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. İl ərzində TED-nin 8-ci sahəsində Bp “Exploration (Caspian Sea) LTD-dən daxil olan 138 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.
Bununla yanaşı, 2012-ci ildə QSC-nin ayrı-ayrı "Sifarişçi" təşkilatla bağladığı müqavilələrə əsasən, “AA Services” Company, AAS- ATE” MMC, “Surakhanı OİL Operation Company S.A.”, ARDNŞ-nin Ekologiya İdarəsi, İxtisaslaşdırılmış Dəniz Neft Donanma İdarəsi, Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Qaz Emalı Zavodu, “AAS-Ekol” MMC və digər təşkilatlardan qəbul edilmiş 62 min 423 ton/m3-dən çox müxtəlif növ tullantılar (şlam, neft şlam, yağlı su və torpaq, məişət-təsərrüfat çirkab, axıntı suları, neftli-yağlı və mexaniki qarışıqlı tullantılar və s.) TED tərəfindən texnoloji reqlamentə uyğun emal edilərək zərərsizləşdirilmişdir.
2012-ci ildə TED-nin icra etdiyi prioritet ekoloji layihələrdən biri də "Ekol Mühəndislik Xidmətləri" QSC ilə ARDNŞ-nin Sosial İnkişaf İdarəsi arasında bağlanmış müqaviləyə əsasən, “Sabunçu rayonu ərazisində Bakı Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ayrılmış ərazidən fekal suların kənarlaşdırılması” layihəsi olmuşdur. Ötən il TED-nin operativ fəaliyyəti nəticəsində layihə yüksək templə icra edilmiş, il ərzində ərazidən 738 min m3-dən çox fekal suları kənarlaşdırılmışdır. Hazırda layihənin icrası uğurla davam etdirilir.
TED əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də istehsalatın fasiləsizliyinin təmin edilməsi, göstərdiyi mühəndislik xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi və ətraf mühitin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirmişdir. Bu məqsədlə TED-nin 6-cı və 7-ci sahələrində mexaniki təmizləyici qurğularda profilaktiki təmir işləri aparılmışdır. 6-cı sahədəki 95/1 və 95/5 saylı çökdürücü göllərdən 7 ədədində illərlə yığılıb qalmış 6 min tondan çox neftşlam çıxarılaraq təkrar emal olunmuş və göllər çöküntülərdən təmizlənərək təkrara istismara verilmişdir. Ötən il ARDNŞ-nin dəstəyi ilə TED-nin çənlər parkında nəzərdə tutulan 4 ədəd 1000 tonluq çəndən artıq 3 ədədi inşa edilmişdir.
TED 2013-cü ildə də tullantıların idarə edilməsi sahəsində qarşıda duran vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər planlaşdırmış və icrasına başlamışdır.

 
 
 
 

tarix : 10.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.