ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ötən ildə QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin fəaliyyəti qənaətbəxş olmuşdur

ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi, torpaqların rekultivasiyası, bioremediasiyası və yaşıllaşdırma layihələrinin həyata keçirilməsi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əsas fəaliyyət sahələrindən biridir. Bu layihələri icra edən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti (TRD) ötən illərdə olduğu kimi 2012-ci ildə də qarşıda duran vəzifələri uğurla yerinə yetirmişdir.

Cari ildə TRD H.Z.Tağıyev adına NQÇİ-nin 4-cü mədən ərazisində, 25 hektar sahədə (Maştağa sahəsi) rekultivasiya işləri aparmış və qısa müddətdə layihənin icrasını uğurla başa çatdırmışdır. İcra müddətində layihə sahəsinə 205 min m3-ə qədər ştib və torpaq daşınmış, ərazinin ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşmışdır.
TRD-nin həyata keçirdiyi layihələrdən biri də Ə.C.Əmirov adına NQÇİ-nin mədən ərazisində neftşlamın bioremediasiya layihəsi olmuşdur. Bioremediasiya prosesləri 5 hektar sahədə texnoloji reqlamentə uyğun aparılmış və landşaftın bərpası təmin edilərək sifarişçiyə təhvil verilmişdir. Eyni zamanda, TRD 2012-ci ilin I rübündə Ə.C.Əmirov adına NQÇİ-nin 3-cü mədən ərazisində qrunt sularının qalxması nəticəsində 25 ədəd neft quyusunun su basmış ərazilərinin torpaqlanması işlərini də uğurla yerinə yetirmişdir. Əraziyə 19 min m3-ə qədər torpaq daşınaraq quyuların ətrafının əvvəlki vəziyyəti bərpa edilmişdir.
2012-ci ildə TRD-nin həyata keçirdiyi prioritet layihələrdən biri də "Bakı Ağ Şəhər" layihəsinin "Yaşıl ada" bölgəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların daşınması" layihəsidir. 2010-cu ildən icrasına başlanmış bu layihə ötən ildə də yüksək templə icra edilmiş, bir il müddətində ərazidən 631 min m3-ə qədər neftlə çirklənmiş torpaq daşınmışdır. Hazırda layihə üzrə işlər davam etdirilir.
TRD 2012-ci ildə "Sifarişçi" təşkilatların yaşıllıq sahələrində bitkilərə aqrotexniki xidmətlərin göstərilməsi işlərinin də yüksək səviyyədə təşkil etmişdir. İl ərzində H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində və ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində yaşıllıq sahələrinə aqrotexniki xidmətlər göstərilmişdir. Ötən il H.Z.Tağıyev adına NQÇİ-nin Qala sahəsində 11 min 330 ədəddən çox ağac və kol bitkilərinə qulluq edilmiş, il ərzində bu sahədə bitkilər lazım olan ehtiyat qida maddələri, üzvi və mineral gübrələr, münbit torpaq, peyin və su ilə mütəmadi olaraq təmin olunmuş, quruyan ağaclar yenisi ilə əvəz edilmişdir. Bütövlükdə sahəyə bu müddətdə 1 600 ədəd müxtəlif növ ağac və kol bitkiləri (iydə, qovaq, zeytun, oleyandr, sərv və akasiya) əkilmişdir.
2012-ci ildə TRD-nin xidmət göstərdiyi və geniş əraziyə malik olan digər sahə "BibiHeybətneft" NQÇİ-nin mədən ərazisindəki 3-cü yaşıllaşdırma sahəsidir. Bu sahədə 49 min 243 ədəd ağac və kol bitkisinə qulluq göstərilmiş, yaşıllıq sahəsi lazımı gübrələrlə və damcı suvarma sistemləri ilə təmin edilmişdir. Ərazidə sahəsi 300 m2 olan yeni istixana kompleksi tikilərək istifadəyə verilmişdir. Hazırda 10 mindən çox müxtəlif bitki növləri (həmişəyaşıl oleandr, sərv, şərq tuyası, tək göz evkalipt, milesiya, tut və s.) dibçəkdə əkilərək yeni istixanaya yerləşdirilmişdir. Yaz mövsümündə bu sahəyə TRD-nin istixanasında yetişdirilmiş 650 ədəd qədər müxtəlif növ ağac çıxarılaraq əkilmişdir. Qışa hazırlıqla əlaqədar sahədəki damcı suvarma sistemlərində izolyasiya işləri başa çatdırılmışdır.
Cari ildə ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisinin yaşıllaşdırma sahəsində də ağac və kol bitkilərinə yüksək səviyyəli aqrotexniki xidmətlər göstərmişdir. Hal hazırda bu sahədə 8 min 900 ədədə qədər müxtəlif bitki növlərinə qulluq edilir. Sahəyə yeni damcı suvarma sisteminin çəkilişi başa çatmaq üzrədir.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin Torpaqların Rekultivasiyası Departamenti üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, "Sifarişçi" məmnunluğunu qazanmaq və nanotexnologiyalardan yararlanmaq istiqamətində fəaliyyətini davam etdirir.
 

 
 
 
 

tarix : 16.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.