ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

” Ekol Mühəndislik Xidmətləri ” QSC-nin kollektivi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmişlər

1990-cı il 20 Yanvar hadisələrindən 23 il keçir. Ötən illərin bu gününü biz, bir qayda olaraq yalnız kədər, hüzn, matəm günü kimi qeyd etmişik, şəhidlərimizin ruhunu ağrı və sızıntı ilə anmışıq. Ümumxalq hüzn günü bu əhval təbiidir. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə, ağrı və acı ilə xatırlanacaq gün deyil. 20 Yanvar həm də xalqımızın şan və şərəf günüdür. Həmin gün küçələri boyamış al şəhid qanı bir anlamda milli məfkurəmizin, oyanan azadlıq günəşinin qırmızı şəfəqlərinin simvoludur. Xalqımız həmin gün üstünə şığayan dəhşətli kabusa, sovet hərb maşınına sinə gərməyi və özünün mənliyini, mətnliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı öz azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının , suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə sahibdir.

1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi mənəvi və siyasi aspektləri təhlil edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilibdir.
İndi Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var, "Şəhidlər Xiyabanı". Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan xalqının oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün bu Xiyabanı ziyarət edirlər. Xalqımızın yaddaşına qanla həkk olunmuş 20 Yanvar hadisəsinin qurbanları bu günlərdə respublikamızın hər yerində dərin hüznlə və ehtiramla yad olunur, şəhidlərin ruhuna dualar oxunur.
"Ekol Mühəndislik Xidmətləri" QSC-nin rəhbərliyi və kollektivin nümayəndələri də 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin unudulmaz xatirəsini yad edərək, onların məzarlarının üstünə tər çiçəklər düzmüşlər.
Anım günü ilə əlaqədar, QSC-nin istehsalat sahələrində də 20 yanvar hadisələrini əks etdirən stendlər təşkil edilmişdir.

 
 

tarix : 21.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.