ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Ekoloji Monitorinq Departamenti ötən ildə böyük uğurlara imza atmışdır

2012-ci ildə Ekoloji Monitorinq Departamenti (EMD) “Ekol Mühəndislik Xidmətləri” QSC-nin ekoloji siyasətinin həyata keçirilməsi, müqavilə əsasında "Sifarişçi" təşkilatların istehsalat sahələrində keyfiyyətli monitorinq işlərinin aparılması, ekoloji texniki normativ sənədlərin işlənib hazırlanması və analitik tədqiqat işlərinin yerinə yetirilməsi sahəsində böyük uğurlara imza atmışdır.

Ötən il EMD "Azneft" İB-nin "28 May", "Neft daşları", "Abşeronneft" və N. Nərimanov adına NQÇİ-nin mədən ərazilərində və "Kompleks Qazma İşləri" Trestinin "Abşeron" Qİİ-nin, "Tamponaj İdarəsi"-nin, "Qazmaservis və Loqistika" İdarəsinin və ARDNŞ-nin Qaz Emalı Zavodunun istehsalat sahələrində təqvim planına uyğun olaraq ekoloji monitorinq işlərini keyfiyyətlə yerinə yetirmişdir. Monitorinq rayonlarından su, qrunt və şlam götürülərək departamentin Kompleks Tədqiqatlar Laboratoriyasına təqdim olunmuş və analitik təhlillərin nəticələrindən asılı olaraq, axarların və çirklənmiş ərazilərin fiziki–kimyəvi təsirinin təhlükəlilik dərəcəsinin dinamikası öyrənilmiş, baş verən təsir dəyişiklikləri nəzarətdə saxlanılmışdır. Aparılmış monitorinq işlərinin nəticələrinə uyğun olaraq müvafiq qaydada hesabatlar hazırlanaraq "Sifarişçi" təşkilatlara təqdim olunmuşdur.
2012-ci ildə EMD-nin Normativ-texniki sənədlərlə iş şöbəsi ARDNŞ-nin tabeçiliyində olan təşkilatlar və qeyri neft sektorunda fəaliyyət göstərən özəl və dövlət müəssisələri üçün müxtəlif ekoloji normativ-texniki sənədlərin yüksək səviyyədə işlənib hazırlanması və müvafiq təşkilatlarla razılaşdırıldıqdan sonra sifarişçilərə təhvil verilməsi, bununla da "Sifarişçi" məmnunluğunun qazanılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Normativ-texniki sənədlərlə iş şöbəsi ötən il "Azneft" İB-nin "Maddi-Texniki Təchizat İdarəsi"nin,"Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsi"nin, "Qobustan Nəqliyyat İdarəsi"nin, "Neft Daşları", "28 May" və "Siyəzənneft" NQÇİ-nin, "Bahar Enerji Əməliyyat Şirkəti"nin ,"AzGerneft" MMC-nin və "Surakhanı Oyl Operation Company S.A." Şirkətinin ekoloji normativ-texniki sənədlərinin hazırlanması işlərini uğurla yerinə yetirmişdir. Bu sənədlərin işlənib hazırlanması mövcud qanunvericilik, standartlar, rəhbər və normativ-hüquqi sənədlər, metodiki göstərişlər və tövsiyələr nəzərə alınmaqla, müəssisənin istehsal xarakterindən, yerləşmə mövqeyindən asılı olaraq xüsusi tərtibatla və plana uyğun şəkildə təşkil olunmuşdur.
EMD-nin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) da əvvəlki illərdə olduğu kimi, ötən il ətraf mühitin vəziyyətinin tədqiq edilməsini və analitik nəzarət işlərini günün tələbləri səviyyəsində qurmuşdur. İl ərzində QSC-nin istehsalat sahələrində istismar olunan təmizləyici qurğuların optimal rejimdə işləməsini təmin etmək məqsədilə, KTL tərəfindən qurğuların giriş və çıxışından 172 nümunə götürülmüş, nümunələr üzərində 543 analitik təhlillər aparılmış və müvafiq təkliflər verilmişdir.
Ötən müddətdə EMD-nin "Sifarişçi" təşkilatların istehsalat sahələrində keçirdiyi monitorinqlər zamanı 173 müxtəlif nöqtədən götürülmüş 1900 nümunə üzərində KTL tərəfindən 7014 fiziki-kimyəvi və kimyəvi təhlillər aparılmış və müvafiq hesabatlar hazırlanaraq sifarişçilərə təqdim edilmişdir.
2012-ci ildə KTL neftlə çirklənmiş torpaqların təmizlənməsi, neftşlam və qazma şlamının emalı sahəsində yeni üsulların axtarılması istiqamətində tədqiqatlarını davam etdirmiş, yerli və xarici şirkətlərin təqdim etdiyi müxtəlif bioloji və kimyəvi preparatlar üzərində sınaq təcrübələri keçirmişdir.

Ötən il KTL-nın maddi texniki bazasının gücləndirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmiş, laboratoriya yeni cihaz və avadanlıqlarla təchiz edilmişdir. Burada çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması məqsədilə laboratoriyada rekonstruksiya və təmir işləri yerinə yetirilmişdir.
2006-cı ildən Akkreditasiyadan keçmiş KTL, 2012-ci ilin noyabr ayında növbəti dəfə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS İSO/İEC 17025:2009 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun Akkreditasiya olunmuşdur. Nəticələrə uyğun olaraq KTL-nın Akkreditasiya müddəti 2015-ci ilin noyabr ayınadək uzadılmış və müvafiq AKKREDİTASİYA ATTESTATI təqdim edilmişdir.
Öz fəaliyyətinin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması istiqamətində daimi məqsədli tədbirlər həyata keçirən və 2007-ci ildən TSE-İSO-14001 standartlarını qəbul edən və sertifikat alan "Ekol Mühəndislik Xidmətləri" QSC, 2012-ci ildə TSE-İSO-9001 və TSE-İSG-OHSAS-18001 standartlarını qəbul etmiş və sertifikatlar almışdır. Bununla əlaqədar olaraq, beynəlxalq standartların istehsalata tətbiq edilməsi və işçi personalın bu standartların tələblərini mənimsəməsi məqsədilə EMD il ərzində əmək kollektivlərində maarifləndirmə tədbirlərini həyata keçirmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

 
 
 
 

tarix : 23.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.