ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də İngiltərənin WET ( Water Engineered Technologies) şirkətinin rəhbəri ilk görüş keçirilmişdir

Yanvarın 24-də QSC-nin baş ofisində İngiltərənin WET ( Water Engineered Technologies) şirkətinin rəhbəri Frederick Sayle ilə görüş keçirilmişdir. Görüşdə ARDNŞ-nin Ekoloji layihələrin İdarəedilməsi şöbəsinin rəisi Rövşən Fətullayev, eləcə də ARDNŞ-nin Ekologiya İdarəsinin, Heydər Əliyev adına BNEZ-nun, "Azərneftyağ" NEZ-nun nümayəndələri, QSC-nin rəhbərliyi və əlaqədar departament, şöbə rəisləri iştirak etmişlər.

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev qonaqları salamlamış və qeyd etmişdir ki, neft sənayesi sahələrində sənaye çirkab sularının və neftşlamın təmizlənməsi sahəsində ARDNŞ QSC qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün müasir texnika və texnologiyaların əldə olunması məqsədilə, dünyanın analoji şirkətləri ilə mütəmadi görüşlər keçirilir və əməkdaşlıq əlaqələri yaradılır. O bildirmişdir ki, WET şirkəti ilə keçirilən bugünkü görüş də bu kimi silsilə görüşlərin davamıdır. Ümid edirəm ki, bu görüşdə çirkab suların təmizlənməsi sahəsində tanınmış WET şirkətindən səmərəli təkliflər alınacaq və şirkətlərimiz arasında işgüzar əməkdaşlıq münasibətləri yaranacaqdır.
WET şirkətinin rəhbəri Frederick Sayle səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlığını bildirmiş, rəhbərlik etdiyi şirkətin fəaliyyəti və əlaqələri barədə qısa məlumat vermişdir. Frederick Sayle qeyd etmişdir ki, WET şirkəti sənaye çirkab sularının təmizlənməsi sahəsində hazırda dünyanın 38 şirkəti ilə əməkdaşlıq edir. Sonra qonaq çirkab suların təmizlənməsi texnologiyalarından danışmış və Azərbaycanda da bu yönümdə layihələr həyata keçirildiyini qeyd etmişdir.
Frederick Sayle görüş iştirakçılarının diqqətinə çatdırmışdır ki, təmizləyici qurğuların seçilməsi bir başa suların tərkibindən və onların çirklənmə dərəcəsindən asılıdır. Odur ki, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmət göstərdiyi sahələrdə, xüsusilə NEZ-da uyğun texnika və texnologiyaların təklif olunması məqsədilə texnoloji proseslərin və atılan suların tərkibinin bir ay müddətində şirkətimizin mütəxəssisləri tərəfindən öyrənilməsinə ehtiyac vardır.
Təklif ətrafımda görüş iştirakçıları tərəfindən geniş müzakirələr aparıldı. QSC-nin baş direktoru Ramil Əliyev Frederick Saylenin təklifinin məqsədəuyğun olduğunu vurğulayaraq, texnoloji proseslərin və suların tərkibinin WET şirkətinin mütəxəssisləri tərəfindən öyrənilməsinin şərtləri və qaydaları haqqında konkret təkliflərin qısa zamanda təqdim olunmasının vacibliyini qeyd etdi.
Sonda qərara alındı ki, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün qarşılıqlı səylər davam etdirilsin.

 
 
 
 

tarix : 25.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.