ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2012-ci ildə Elektromexanika sexinin kollektivi QSC-nin istehsalat sahələrinə peşəkarlıqla xidmət göstərmişdir

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyət sahələrində istehsalatın fasiləsizliyinin və texniki təhlükəsizliyin təmin olunması, qurğu və avadanlıqların daimi saz vəziyyətdə işləməsi, eləcə də istehsalat sahələrinin müntəzəm olaraq elektrik enerjisi, su və qazla təmin edilməsi nailiyyətlərin əldə olunmasına təsir edən əsas amillərdəndir. Buna nəzərə alan QSC-nin Elektromexanika sexinin kollektivi əvvəlki illərdə olduğu kimi 2012-ci ildə də vəzifə öhdəliklərinə layiqincə əməl edərək yüksək peşəkarlıq nümayiş etdirmişlər.

Ötən il Elektromexanika sexi tərəfindən Tullantıların Emalı Departamentinin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) 10 seksiyalı neft tutucular üçün 104 ədəd (2x6m ölçüdə) metal örtüklər hazırlanmış və quraşdırılmışdır. Çənlər parkına buxar xətti çəkilmiş və xətlərə arakəsmələr qoyulmuşdur. Torpaqların Rekultivasiyası Departamentinin (TRD) 1-ci sahəsində (Qala) çəpər üçün 22 ədəd (1.8 x 1.6m) ölçüdə metal torlar hazırlanıb yerinə quraşdırılmış və həmin sahədə 5 tonluq metal çən yığılmışdır. İl ərzində qrafik əsasında 52, 55 və 30 saylı yarımstansiyalarda mütəmadi olaraq təftiş aparılmış, bütün mühərriklərin və nasosların yastıqları yağlanmışdır. Gündəlik olaraq QSC-nin bütün sahələrində qurğuların istismarı zamanı meydana çıxan nasazlıqları aradan qaldırılmış, flotator nasosxanasında 2 tonluq tal quraşdırılaraq istismara buraxılmışdır. Eyni zamanda qazanxanalarda istismar zamanı sıradan çıxmış buxar xətləri dəyişdirilmiş, iş və məişət otaqlarının yay və qış vaxtlarında qızdırılması və soyudulması üçün quraşdırılan “Çiller” qurğusuna gərginlik verilmişdir.
2012-ci ildə Elektromexanika sexi QSC-nin istehsalat sahələrinə gələn içməli su xəttini yenidən çəkmiş və izolyasiya etmişdir. Nəqliyyat sexində yeni inşa edilmiş texniki xidmət sahəsinə 30 saylı yarımstansiyadan 16-lıq kabel ilə gərginlik xətti çəkilmişdir. İstismarda olan dekantor və trikantor qurğuları vaxtaşırı təftiş edilmiş, zəruri hallarda nasoslarda profilaktiki təmir işləri yerinə yetirilmişdir. TRD-nin 1-ci (Qalada və Pirallahıda) sahələri, yarımstansiyalar, 2 saylı sənaye axarı nasosxanası və 1 saylı qazanxananın "Böyler" sistemi üçün metal qapılar hazırlanıb quraşdırılmışdır. 1-ci sənaye axarında N-1 nasosu təzə nasosla əvəz edilmişdir. Sahələr üzrə lazım olan 5 ədəd (3.2x2.5m ölçüdə) göstərici plakatlar hazırlanmış, "Böyük Şor" sahəsi üçün 2 ədəd 150 mm-lik su sayğacı, içməli su xəttində isə 2 ədəd 50 mm-lik sayğac quraşdırılmışdır.
"Böyük Şor" sahəsində işləyən nasosların və vaqonların elektrik təchizatı üçün gərginlik xətləri çəkilmiş və işıqlandırma sistemi quraşdırılmışdır. Dekantor (Alfa-laval) qurğusunda şlam yığmaq üçün metal yeşik hazırlanıb quraşdırılmışdır. Trikantor ("Pieralisi") qurğusunun yanındakı yeraltı neft çənindən nefti vurmaq üçün quraşdırılmış MC nasosuna 52 saylı yarımstansiyadan güc kabeli çəkilmiş, dekantor qurğusunda kalaritlərin ara qatları dəyişdirilmişdir. 2 saylı inzibati binaya gələn içməli su üçün polad boru xətti polietilen boru xətti ilə əvəz edilmişdir. KTL-da yeni tikilmiş sanitar qovşaq və koridor gərginlik xətti ilə təmin olunmuşdur. TED-nin 6-cı sahəsində isə nefttutucuların sıradan çıxmış sivirici mexanizmləri təftiş və təmir edilmişdir. Trikantor ("Pieralisi") qurğusunda olan əsmənin və ələyin ətrafının çirklənməsinin qarşısının alınması məqsədilə, əlavə metal çəpər düzəldilmiş və yerinə quraşdırılmışdır. "Börger" və VK nasoslarının istismarı zamanı yaranmış nasazlıqlar təftiş edilmiş, təmir işləri aparılmış və sıradan çıxmış detallar yenisi ilə əvəz olunmuşdur. 37-ci dairəvi nasosxanada olan FQ-1 nasosları yeni təzə nasoslarla əvəz olunmuşdur. 52 saylı yarımstansiyadan MC nasosuna gələn güc kabeli üçün metal körpü hazırlanıb və quraşdırılmışdır. 1 saylı sənaye axarının 1-ci qumtutucusunun ayaqaltı meydançasının metal konstruksiyası təmir edilmişdir. Nefttutucuların ətrafındakı sıradan çıxmış metal çəpərlər yenisi ilə əvəz olunmuşdur. Zığ, "Ağ Şəhər" və TRD-nin 1-ci sahələrində quraşdırılmış vaqonların və konteynerlərin işıqlandırılması üçün gərginlik xətləri çəkilmişdir.
Texniki su xəttində sıradan çıxmış 150 mm-lik su sayğacı yenisi ilə əvəz olunmuş, istehsalat sahələri üçün 300 metr brezident şlanq və onun birləşmələri hazırlanmışdr. Trikantor qurğusunda yağ çəninin soyudulması üçün təzə ventilyatorlar quraşdırılmış, dekantor qurğusunda sıradan çıxmış P-1 və P-2 nasosları yenisi ilə əvəz edilmişdir. Ərazidə olan bütün çökdürücü göllərin ətrafındakı işıqlandırma xətləri, yeni kabel xətləri ilə əvəz olunmuşdur. İstehsalat sahələrində gələcəkdə quraşdırılması nəzərdə tutulan avadanlıqların gərginlik xətləri üçün yeraltı keçidlər quraşdırılmış, Torna dəzgahının sıradan çıxmış hissələri yenisi ilə əvəz edilmişdir. Yeni “Çiller ” qurğusunu quraşdırılması ilə əlaqədar olaraq, köhnə kollektorlar sökülmüş və yeni kollektorlar düzəldilərək yerinə quraşdırılmışdır. Trikantor qurğusunda yerləri dəyişdirilmiş P-1, P-2 və SD nasosları üçün 52 saylı yarımstansiyadan və idarəetmə şkafından güc və siqnal kabelləri çəkilmişdir.
Qurğularda və VK nasosunda sıradan çıxmış stendlər təftiş edilmiş və zəruri hallarda dəyişdirilmişdir. Sahələrdə olan və sıradan çıxmış bütün elektrik şitləri yenisi ilə əvəz olunmuşdur. Nefttutucuların kolonkaları təftiş olunmuş və sıradan çıxmış kolonkalar bərpa olunmuşdur. İl ərzində Dübəndi terminalında istismarda olan avadanlıqların elektrik təchizatının fasiləsizliyi təmin edilmiş və kompressorlarda mütəmadi profilaktiki təmir işləri aparılmışdır. Sirkulyasiya N-1-1 nasosu əsaslı təmir edilərək yenidən quraşdırılmışdır. “Çiller” qurğusu üçün 30 saylı yarımstansiyadan 300 metr gərginlik xətti çəkilmiş və istismara verilmişdir. TRD-nin 3-cü sahəsində ("BibiHeybət") inşa olunmuş istixananın metal konstruksiya hissələri qaynaq edilmiş və metal borudan buxar xətti yığılmışdır. İstixananın qazanxanası quraşdırılmış, yanacaq və su üçün çənlər hazırlanmışdır. 300 metr məsafədən qaz, su, elektrik xətləri çəkilərək istismara verilmişdir.
2012-ci ildə Elektromexanika sexinin kollektivinin məqsədyönlü və işgüzar fəaliyyəti nəticəsində istehsalat sahələrində, təmizləyici və emal qurğularında aparılan mütəmadi cari və əsaslı təmir işləri təmizləmə və emal proseslərinin kəmiyyət və keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Sexin peşəkar mütəxəssislərdən ibarət kollektivi, QSC-nin istehsalat sahələrində texnoloji proseslərin fasiləsizliyinin təmin edilməsi və keyfiyyət göstəricilərinin artırılması istiqamətində fəaliyyətini əzmlə davam etdirir.
 

tarix : 28.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.