ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2012-ci ildə QSC-nin məhsuldar fəaliyyətində Nəqliyyat sexinin mühüm rolu olmuşdur

Hər zaman “ Ekol Mühəndislik Xidmətləri ” QSC-nin qarşısında duran vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsində Nəqliyyat sexi mühüm rol oynamış və istehsalat proseslərinə uyğun ahəngdar fəaliyyət göstərmişdir. 2012-ci ildə də sex verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmiş, balansında olan minik və yük avtomobilləri, eləcə də xüsusi texnikalar vasitəsilə QSC-nin həyata keçirdiyi ekoloji layihələrin icrasında yaxından iştirak edərək öz layiqli tövhələrini vermişdir.

 
Ötən il Nəqliyyat sexinin " Kamaz" markalı özüboşaldan yük avtomobilləri və xüsusi texnikaları vasitəsilə ( DT-75, MTZ-892, MST-542, Buldozer Keyz və s.) QSC-nin
Heydər Əliyev adına BNEZ-nin, "Azərneftyağ" NEZ-nin və Xəzər Dəniz Neft Donanmasının istehsalat sahələrində, həmçinin "Surakhanı Oil Operation Company S.A."Şirkətinin, H.Z.Tağıyev adına NQÇİ-nin, "Abşeronneft" NQÇİ-nin və "BibiHeybətneft" NQÇİ-nin mədən ərazilərində icra etdiyi layihələrə texniki dəstək göstərmişdir.
İl ərzində Nəqliyyat sexinin xüsusi texnikaları vasitəsilə "Abşeronneft" NQÇİ-nin və "BibiHeybətneft" NQÇİ-nin mədən ərazilərində 330 pm-ə qədər kanal çəkilmiş, Ə.Əmirov adına NQÇİ-nin mədən ərazisində isə 8 ha şumlama, 10 ha isə malalama işləri aparılmışdır. Müvafiq dövrdə sexin lilsovuran nəqliyyat vasitəsilə ARDNŞ-nin Ekologiya İdarəsindən, Xəzər Dəniz Neft Donanmasından və "Surakhanı Oil Operation Company S.A." Şirkətindən 36 min 490 m3 -dən çox çirkab suları daşınmışdır. ARDNŞ-nin Neft Kəmərləri İdarəsi ilə bağlanmış müqavilə əsasında lilsovuran avtomobillər vasitəsilə "Abşeronneft" NQÇİ-nin ərazisində 212 saat, Dübəndi terminalının ərazisindəki bioloji qurğularda məişət texniki suların təmizlənməsi zamanı 59 saata qədər xidmət göstərilmişdir. Heydər Əliyev adına BNEZ və "Azərneftyağ" NEZ-nin ərazilərində quraşdırılmış dekantor (Alfa-Laval) qurğuları vasitəsilə neftşlamın emalı nəticəsində formalaşan quru qalıq "Kamaz" markalı özüboşaldan nəqliyyat vasitələri ilə ərazidən daşınmışdır. QSC-nin xidmət göstərdiyi "Sifarişçi" təşkilatların yaşıllıq sahələrindəki bitkilərin su təchizatını təmin etmək məqsədilə Nəqliyyat sexinin Ford Truck 1826D markalı nəqliyyat vasitəsilə il ərzində həmin sahələrə 4 min 240 m3 su daşınmışdır.
2012-ci ildə Nəqliyyat sexinin maddi texniki bazasının gücləndirilməsi və sexdə iş şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ötən il 7 ədəd yeni xarici markalı minik avtomobili alınaraq müvafiq şöbə və sexlərin istifadəsinə verilmişdir. Həmçinin nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsini artırmaq məqsədilə, sexdə müasir standartlara cavab verən yeni texniki xidmət sahəsi inşa edilərək istismara buraxılmışdır. Nəqliyyat sexində çalışan işçi personalın iş şəraitinin yaxşılaşdırılması üçün yeni işıqlı, hərtərəfli təchiz olunmuş sürücülər otağı tikilərək istifadəyə verilmiş və işçilərin rahatlığı üçün hərtərəfli şərait yaradılmışdır.
Hər il olduğu kimi, ötən ildə də Nəqliyyat sexindəki nəqliyyat vasitələrinə texniki xidmətin səviyyəsinin artırılması istiqamətində məqsədli tədbirlər həyata keçirilmişdir. İl ərzində nəqliyyat vasitələri mövsümü rejimdə işləmələri üçün lazımı ehtiyat hissələri və yanacaq sürtgü materialları ilə təmin olunmuşdur. Nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışdan keçirilmiş, yol vərəqələri və norma həddində yanacaq sürtgü materialları ilə təmin edilmişdir. Hərəkətin təhlükəsizliyinə riayət olunması məqsədilə qabaqlayıcı tədbirlər görülmüş, sürücülərə vaxtaşırı təlimatlar keçirilmişdir.
QSC-də istehsalatın fasiləsizliyinin təmin edilməsi və ekoloji layihələrin keyfiyyətlə həyata keçirilməsi məqsədilə, Nəqliyyat sexinin kollektivi 2013-cü ildə də öz fəaliyyətini yüksək səviyyəli texniki xidmətin göstərilməsinə yönəldəcəkdir.
 

tarix : 30.01.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.