ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Bakı Ağ Şəhər" layihəsinin icrası yüksək templə davam edir

Dinamik inkişafı və perspektivi ilə iri biznes sahələrini, eləcə də xarici sərmayələri özünə cəlb edən paytaxt Bakı iş, həyat, istirahət və əyləncələr üçün arzu olunan müasir bir şəhərə çevirilməkdədir. Bu dinamik inkişaf çərçivəsində 2010-cu ildən Bakının Xətai rayonunda yerləşən və Qara Şəhər adını daşıyan ərazidə yeni müasir mərkəzin yaradılması layihəsinin ilkin mərhələsinə başlanılmışdır. Paytaxtın yeni müasir mərkəzinə çeviriləcək və "Bakı Ağ Şəhər" adlanacaq bu layihənin icrasına dünyanın məşhur memarlıq şirkətləri cəlb olunmuşdur.

Layihənin icrası ilə əlaqədar, ilk öncə ərazidə köhnəlmiş sənaye obyektlərinin şəhər hüdudlarından kənara çıxarılması, neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu əhəmiyyətli layihənin icrasında yaxından iştirak edən “ Ekol Mühəndislik Xidmətləri ” QSC də, 2010-cu ilin fevral ayından "Bakı Ağ Şəhər" layihəsinin “Yaşıl ada” bölgəsində köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın çıxarılaraq anbarlaşdırılması və ərazidəki neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi layihəsi üzrə fəaliyyətə başlamışdır.
Ötən illər ərzində layihənin icrasını uğurla həyata keçirən QSC-nin Torpaqların Rekultivasiyası Departamenti, 2013-cü ildə də ərazidən neft məhsulları ilə çirklənmiş torpaqların daşınmasını davam etdirir. Cari ilin yanvar ayında ərazidən 45 min m3 dən çox, ümumilikdə isə layihənin icra müddətində 1 milyon 406 min m3 -ə qədər çirklənmiş torpaq daşınmış, 26 min m3 -dən çox neftşlam çıxarılaraq müvafiq qaydada anbarlaşdırılmışdır.
"Ekol Mühəndislik Xidmətləri ” QSC "Bakı Ağ Şəhər" layihəsinin icrasını uğurla davam etdirir.
 

tarix : 01.02.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.