ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

ARDNŞ-nin Qaz Emalı Zavodunun yaşıllıq sahəsində mövsümü işlər davam etdirilir

Son illərdə Dövlət Neft Şirkətinin fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında neftlə çirklənmiş torpaqların təmizlənməsi və reabilitasiya olunmuş ərazilərdə yaşıllıq zolaqlarının salınması xüsusi əhəmiyyət kəsb edir. Ötən müddətdə ARDNŞ-nin fəaliyyət sahələrində kifayət qədər müxtəlif ağac növləri, bəzək və gül kolları əkilmiş, aqrotexniki qaydada yaşıllıq sahələri salınmışdır.

Bu tədbirlərin həyata keçirilməsində yaxından iştirak edən "Ekol Mühəndislik Xidmətləri" QSC hazırda "Abşeronneft", "Bibiheybətneft" və H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazilərində, həmçinin ARDNŞ-nin Qaz Emalı Zavodunun ərazisində mövcud yaşıllıq sahələrindəki 90 minə qədər müxtəlif növ ağaclara, bəzək və gül kollara aqrotexniki xidmətlər göstərir.
QSC-nin Torpaqların Rekultivasiyası Departamentinin (TRD) peşəkar aqronomlardan və bağbanlardan ibarət işçi personalının xidmət göstərdiyi ərazilərdən biri də ARDNŞ-nin Qaz Emalı Zavodunun yaşıllıq sahəsidir. Bu sahədə əsasən Eldar şamı olmaqla 8 890 ədəd müxtəlif ağac növlərinə qulluq olunur. Hazırda ərazidə mövsümü işlər aparılır. Sahə alaq otlarından təmizlənir, bitkilərə gübrələr verilir (nitroammofoska) və dibləri boşaldılır. Zəruri hallarda zəif inkişaf etmiş və quru ağaclar yenisi ilə əvəz edilir.
TRD-nin 3-cü sahəsinin əməkçiləri Qaz Emalı Zavodunun ərazisindəki yaşıllıq sahəsində bitkilərin normal inkişafı üçün bütün zəruri tədbirləri əzmlə yerinə yetirirlər.

tarix : 06.02.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.