QSC-də TS EN İSO 9001 Keyfiyyəti idarəetmə sisteminin, TS EN İSO 14001 Ekologiya idarəetmə sisteminin və TS İSO 18001 OHSAS Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sisteminin müvafiq maddələrinin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə, QSC-nin baş direktorunun təsdiq etdiyi qrafikə əsasən fevralın 1-dən daxili auditin keçirilməsinə başlanılmışdır.
İdarəetmənin mövcud qanunvericiliyə, daxili qaydalara və idarəetmə prinsiplərinə, keyfiyyət, ekologiya, təhlükəsizlik norma və qaydalarına uyğunluğunun və səmərəliliyinin müstəqil yoxlama sistemi olan daxili audit, İMPr/03 saylı "Daxili audit" prosedurunun tələblərinə əsasən həyata keçirilir.
Qrafikə əsasən ilk audit Tullantıların Emalı Departamentində keçirilmiş, auditə Ekoloji Monitorinq Departamentinin rəis müavini, Rəhbərliyin nümayəndəsi Natella Şəfiyeva başda olmaqla QSC-də müvafiq sertifikatları və təcrübələri olan auditorlar cəlb edilmişdir. Obyektiv faktlara əsaslanaraq keçiriləcək audit zamanı müvafiq sənədləşmələr aparılacaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün uyğun prosedurlar tövsiyyə ediləcəkdir. Son nəticədə hər bir bölmə üzrə auditin yekun hesabatı hazırlanaraq QSC-nin rəhbərliyinə təqdim olunacaqdır.
Daxili audit qrafik əsasında QSC-nin bütün struktur bölmələri əhatə edilməklə 13.03.2013-cü il tarixədək davam edəcəkdir.
tarix : 15.02.2013
|