ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-nin istehsalat sahələrində texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri davam etdirilir

"Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrinin, eləcə də işçi personalın texniki təhlükəsizliyinin və əməyin mühafizəsinin təmin edilməsi daimi diqqət mərkəzindədir. Bu məqsədlə QSC-nin Texniki təhlükəsizlik şöbəsi plana və dərs qrafikinə uyğun olaraq mütəmadi tədbirlər həyata keçirir.

 Bu istiqamətdə 2013-cü ilin yanvar və fevral ayının müvafiq dövründə də Texniki Təhlükəsizlik Şöbəsi (TTŞ) bir sıra məqsədyönlü tədbirlər görmüşdür. Cari ilin ilk aylarında QSC-nin bütün fəaliyyət sahələrində ilkin yanğınsöndürmə vasitələri komplektləşdirilmiş və yenisi ilə əvəz edilmişdir. Odsöndürən balonlar aidiyyəti orqanlar tərəfindən yoxlanılmış və yenidən doldurularaq sahələrə paylanmışdır. Eyni zamanda istehsalat sahələr ilkin tibbi yardım (dərman və sarğı materialları) və lazımi təhlükəsizlik vasitələri ilə təmin olunmuşdur.
Bununla yanaşı, TTŞ tərəfindən "qəzanın ləğvetmə planı" hazırlanmış "Əməyin mühafizəsi kabineti" ndə qrafikə uyğun məşğələlər və təqdimatlar keçirilmişdir. Məşğələlərdə işçilərə qəza hallarında davranış qaydaları və qəzanın planlı surətdə aradan qaldırılması yolları izah edilmişdir. İstehsalat sahələrində təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi üzrə müvafiq reydlər aparılmış, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür.
Ötən il olduğu kimi 2013-cü ilin müvafiq dövründə də QSC-nin istehsalat sahələrində OHSAS-18001 idarəetmə sisteminin tələblərinə əməl edilməsinin uyğunluğuna dair audit aparılmış və maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 

 

 
 
 
 

tarix : 19.02.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.