ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Tullantıların Emalı Departamentinin 8-ci sahəsi (Parafin sexi) müştəri məmnunluğunun qazanılmasına nail olmuşdur

 QSC-nin Tullantıların emalı Departamentinin (TED) əsas fəaliyyət sahələrindən biri də ərsin parafinin sudan və mexaniki qarışıqlardan təmizlənməsidir. Bu məqsədlə, 2007-ci ildən TED -nin 6-cı sahəsində (Heydər Əliyev adına BNEZ-nun 9-cu sexinin ərazisi) müasir standartlara cavab verən və istehsal gücü bir dövr (48 saat) üçün 17 ton olan Parafin təmizləmə sexi fəaliyyət göstərir. Fəaliyyəti dövründə əsasən bp Exploration (CASPİAN sea) LTD-dən qəbul etdiyi ərsin parafinin təmizlənməsini yüksək səviyyədə həyata keçirən TED-nin 8-ci sahəsi müştəri məmnunluğunun qazanılmasına nail olmuşdur.

Ötən il "AAS-EKOL" MMC vasitəsilə TED-nin Parafin sexinə bp Exploration (CASPİAN sea) LTD-nin 138 tona qədər ərsin parafini daxil olmuş, texnoloji reqlamentə uyğun olaraq sudan və mexaniki qarışıqlardan təmizlənmişdir.
2013-cü ildə də Parafin sexi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur. Cari ilin yanvar və fevral ayının müvafiq dövründə "AAS-EKOL" MMC-dən sexə 42 tona qədər ərsin parafini qəbul edilərək təmizlənmişdir. Hazırda TED-nin 8-ci sahəsi (Parafin sexi) texnoloji proseslərin təkmilləşdirilməsi və keyfiyyətin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.

  
 

tarix : 22.02.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.