ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Almaniyanın ELPRO şirkətlər qrupunun Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilmişdir

Fevralın 22-də "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Almaniyanın ELPRO şirkətlər qrupunun Azərbaycan nümayəndəliyinin rəhbərliyi ilə görüş keçirilmişdir. Görüşdə QSC-nin baş direktorunun müavinləri Məzahir Hüseynov, Rəşad İsmayılov, eləcə də əlaqədar departament və şöbə rəisləri iştirak etmişlər.

Məzahir Hüseynov qonaqları salamlayaraq görüş iştirakçılarını onlara təqdim etdi və QSC-nin fəaliyyəti haqqında qısa məlumat verdi. ELPRO şirkətlər qrupunun baş direktoru Dr. Hans - J. Betke səmimi qəbula görə QSC rəhbərliyinə öz minnətdarlıqlarını bildirdi, görüşün məqsədi və rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verdi.
ELPRO şirkətlər qrupunun baş direktoru Dr. Hans - J. Betke və direktor müavini Vüqar Əliyev təmsil etdikləri şirkətin istehsalı olan "Sekalflor" sorbentinin yaşıllaşdırma sahəsində geniş istifadə olunduğunu və yüksək nəticələr əldə edildiyini görüş iştirakçılarının diqqətinə çatdırdılar. Qonaqlar yaşıllaşdırmanın QSC-nin əsas fəaliyyət sahələrindən biri olduğunu nəzərə alaraq, "Sekalflor" sorbentinin onlar üçün də maraq doğuracağına əminliklərini bildirmiş və görüşün məhz bu məqsədlə təşkil olunduğunu qeyd etmişlər.
Sonra Vüqar Əliyev "Sekalflor" sorbentinin tərkibi, xüsusiyyətləri və istifadə qaydaları haqqında geniş məlumat vermiş və QSC-nin konkret sahə ayırdığı təqdirdə pilot layihəni həyata keçirməyə hazır olduqlarını xüsusilə vurğulamışdır. Görüş iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparmışlar.
QSC-nin baş direktorunun müavini Məzahir Hüseynov maraqlı təklifə görə qonaqlara öz təşəkkürünü bildirmişdir. Sonda qərara alınmışdır ki, bu əlaqələr davam etdirilsin, ELPRO şirkətlər qrupunun mütəxəssisləri tərəfindən bu barədə geniş təqdimatlar keçirilsin və təcrübi nümunələr göstərilsin. Əldə olunmuş nəticələrdən asılı olaraq ARDNŞ və QSC rəhbərliyinin qərarı ilə gələcək əməkdaşlıq əlaqələrinin istiqamətləri müəyyən edilsin.

 

 

tarix : 22.02.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.