ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

"Ekol Mühəndislik Xidmətləri" QSC AĞ Şəhər ərazisində yeni layihənin icrasına başlamışdır

Qeyd olunduğu kimi 2010-cu ildən başlayaraq, Bakı Ağ Şəhər layihəsində yaxından iştirak edən "Ekol Mühəndislik Xidmətləri" QSC layihə ərazisindəki köhnəlmiş neft sənaye obyektlərindən neftşlamın və neft məhsulları ilə çirklənmiş torpaqların çıxarılaraq şəhərin hüdudlarından kənara daşınması işlərini uğurla yerinə yetirir. Eyni zamanda adı çəkilən layihə ərazisindəki gölməçələrdə yığılmış sənaye çirkab sularının nəqli işləri də QSC-nə həvalə edilmişdir.

Bununla əlaqədar olaraq, Heydər Əliyev adına BNEZ ilə bağlanmış müqaviləyə əsasən hazırda QSC-nin Tullantıların Emalı Departamenti Bakı Ağ Şəhər layihəsi ərazisində yerləşən, BNEZ-nun köhnə çənlər parkı sahəsindəki gölməçədən sənaye çirkab sularının "Sifarişçi"nin boru xətti vasitəsilə təyin edilmiş yerə nəqli işlərini yerinə yetirir. Aparılmış monitorinq nəticəsində bu gölməçədə 30 min m3-ə qədər sənaye çirkab sularının olması müəyyən edilmişdir.

Bu layihənin təqvim planına uyğun və keyfiyyətlə həyata keçirilməsi məqsədilə ərazidə zəruri tədbirlər görülmüş, suların kənarlaşdırılması üçün əraziyə Almaniya FR-nın "BÖRGER" şirkətinin istehsalı olan məhsuldar nasos gətirilmişdir. Bu nasos vasitəsi ilə göldən bir iş günündə ( 8 saat) 400 m3 -ə qədər sənaye çirkab suları nəql edilir.

Bakı Ağ Şəhər layihəsində iştirak edən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin bu sahədə qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

tarix : 28.02.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.