ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də "Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə tədbir keçirilmişdir

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən, hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd olunur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən çox ölkəsi daxildir. Bu təşkilatın əsas məqsədi dünya əhalisinin mühafizəsi sahəsindəki təcrübənin ümumiləşdirib yayılması, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımın təşkil edilməsindən ibarətdir. Azərbaycan Respublikası da 1993-cü ildən bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.

“Ümumdünya Mülki Müdafiə Günü” 1995-ci ildən başlayaraq hər il konkret bir mövzuya həsr edilməklə, bu humanitar təşkilata üzv olan dövlətlərdə müvafiq kütləvi tədbirlərin keçirilməsi təşkil olunur. Məqsəd ictimaiyyətin diqqətini məhz qarşıya qoyulan problemlərin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir. Bu il isə “Ümumdünya Mülki Müdafiə Günü” nü Beynəlxalq Mülki Müdafiə Təşkilatı tərəfindən "Mülki Müdafiə və əhalini fəlakət riskinin qarşısının alınmasına hazırlanması" mövzusunda keçirilməsi tövsiyə olunmuşdur.
Hər il olduğu kim 1 mart "Ümumdünya Mülki Müdafiə Günü" “Ekol Mühəndislik Xidmətləri” QSC-də də qeyd olunmuş, bu əlamətdar gün münasibətilə kollektivin iştirakı ilə toplantı keçirilmişdir. Toplantıda baş direktorun SƏTƏM üzrə müavini Rəşad İsmayılov Mülki Müdafiə Qərargahının və Texniki təhlükəsizlik şöbəsinin rəisi Səbuhi Veysəlov, İctimai Sosial Şöbənin rəisi Fəxrəddin Quliyev öz çıxışlarında “Ümumdünya Mülki Müdafiə Günü"nün tarixindən və əhəmiyyətindən danışmış, bu münasibətlə toplantı iştirakçılarını təbrik etmişlər.
Sonda Səbuhi Veysəlov QSC-də Mülki Müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
 
  

tarix : 04.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.