ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

2012-ci ildə QSC istehsalat sahələrində formalaşan tullantıların idarə edilməsini beynəlxalq standartların tələbləri səviyyəsində həyata keçirmişdir

Ətraf mühitin mühafizəsinin və tullantıların idarə olunmasının beynəlxalq standartlar səviyyəsində qurulması “Ekol Mühəndislik Xidmətləri” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bununla əlaqədar olaraq, ARDNŞ-nin fəaliyyət sahələrində önəmli ekoloji layihələr həyata keçirməklə yanaşı QSC öz istehsalat sahələrində formalaşan tullantıların idarə olunmasını da qəbul etdiyi beynəlxalq standartların tələblərinə uyğun yerinə yetirir.

   Ötən il QSC-nin istehsalat sahələrində ümumilikdə  2 088 min tondan çox tullantı; o cümlədən  1 849 tondan çox kanalizasiya suyu,  216.3 ton sürtgü yağları, 0.06 ton akkumulyator və qalvanik elementlər, 1.94 ton  avtomobil şinləri, 0.275 ton süzgəclər, 0.0325 ton yanacaq süzgəcləri, 0.049 ton yağ süzgəcləri, 0.054 ton hava süzgəcləri, 0.23 ton lüminessensiya lampaları, 20.2 ton isə bərk  tullantılar formalaşmışdır. Bu tullantılar müqavilə əsasında,   vaxtaşırı olaraq aidiyyəti təşkilatlara təhvil verilmişdir. 
Həmçinin, Dövlət Neft Şirkətinin 02.04.2010-cu il tarixli, 45 saylı əmri ilə təsdiq edilmiş “Tullantıların İdarə Olunması Planı”na uyğun olaraq, 2012-ci ildə QSC-nin istehsalat sahələrində formalaşan yuxarıda qey olunan tullantılardan 2.641 tona qədər müxtəlif növ xüsusi tullantılar ARDNŞ-nin Ekologiya İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən Tullantılar Mərkəzinə təhvil verilmişdir.

  
 
 

tarix : 04.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.