ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

05 mart 2013-cü il tarixdə "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş ofisində Türkiyənin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə "Azneft" İB-nin baş direktorunun ekologiya üzrə müavini Faiq Cəfərov, QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri, Məzahir Hüseynov, Rəşad İsmayılov, ARDNŞ-nin Ekologiya İdarəsinin, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri, həmçinin Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri Ayhan Doyuk, Filiz Nabiyeva, Fazil Eyubler və Mehmet Gungör iştirak etmişlər.

QSC-nin baş direktoru türkiyəli qonaqları səmimi salamlayaraq iştirakçılara görüşün məqsədi və əhəmiyyəti barədə məlumat verdi. Sonra söz Ayhan Doyuka təqdim olundu.

Ayhan Doyuk öncə səmimi qəbula görə QSC rəhbərliyinə təmsil etdiyi şirkətin nümayəndələri adından dərin təşəkkürünü bildirdi. Sonra o sənaye-axıntı sularının və neftşlamın neftdən, sudan və mexaniki qarışıqlardan kimyəvi üsullarla təmizlənməsi texnologiyalarının prezentasiyasını görüş iştirakçılarına təqdim etdi. Görüşdə A.Doyuk təmizlənmə prosesində istifadə olunan qurğunun texniki xarakteristikaları və texnoloji proseslərdə istifadə olunan kimyəvi reagentlər haqqında geniş məlumat verdi. Daha sonra O, bundan əvvəl "Ekol Mühəndislik Xidmətləri" QSC-nin istehsalat sahələrindən götürülmüş, sənaye-çirkab suları və neftşlam nümunələrinin laboratoriya şəraitində nanotexnologiyalarla təmizlənmiş nümunələrini iştirakçılara nümayiş etdirdi.

 Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Ayhan Doyuk ona ünvanlanmış müxtəlif suallara dolğun cavab verdi. Lay sularının norma həddinə qədər təmizlənməsinin mümkün variantları barədə Faiq Cəfərovun ona ünvanlandığı sualla əlaqədar A.Doyuk bunun araşdırmaya ehtiyac olduğunu diqqətə çatdırdı.

Sonda QSC-nin baş direktoru Ramil Əliyev maraqlı təklifə və məlumatlara görə türkiyəli qonaqlara öz təşəkkürünü bildirdi. Və qərara alındı ki, Nano Tech Texnology Concept LTD şirkətinin nümayəndələri QSC-nin istehsalat sahələri ilə tanış olsunlar və gələcək tədqiqatlar üçün sənaye-çirkab sularından, eləcə də neftşlamdan zəruri nümunələr götürülsün. Aparılan tədqiqatların nəticəsi əsasında konkret təkliflər hazırlanaraq yenidən müzakirəyə çıxarılsın. Bununla da görüş qarşılıqlı anlaşma şəraitində başa çatmışdır.

   

 
 
 
 
 


tarix : 06.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.