ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

QSC-də ABŞ-nın "Agranco" korparasiyasının nümayəndəsi ilə görüş keçirilmişdir

ARDNŞ-nin fəaliyyət sahələrində neftlə çirklənmiş torpaqların təmizlənməsi və neftşlamın emalı istiqamətində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin qarşısında duran vəzifələrin həyata keçirilməsi məqsədilə nanotexniologiyalıarın axtarışı davam edir. Bununla əlaqədar vaxtaşırı olaraq QSC-də dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən analoji şirkətləri ilə görüşlər keçirilir və araşdırmalar aparılır.

Belə növbəti görüşlərdən biri də martın 07-də, QSC-nin baş ofisində ABŞ-nın "Agranco" korporasiyasının nümayəndəsi ilə keçirilmişdir. Görüşdə QSC-nin baş direktoru Ramil Əliyev, baş direktorun müavinləri, Məzahir Hüseynov, Rəşad İsmayılov, "Azneft" İB-nin baş direktorunun ekologiya üzrə müavini Faiq Cəfərov, ARDNŞ-nin Ekologiya İdarəsinin, eləcə də QSC-nin əlaqədar departament və şöbə rəisləri, həmçinin "Agranco" korporasiyasının Azərbaycanda rəsmi nümayəndəsi Sadiq Q asımlı iştirak etmişlər.
QSC-nin baş direktoru Ramil Əliyev öncə qonaqları salamladı və görüşün məqsədi barədə onlara məlumat verdi. Sonra söz "Agranco" korporasiyasının nümayəndəsinə verildi. Sadiq Qasımlıya səmimi qəbula görə QSC rəhbərliyinə öz təşəkkürünü bildirdi və təmsil etdiyi şirkətin istehsalı olan "Oksidol" bioregeneratoru haqqında prezerntasiyanı görüş iştirakçılarına təqdim etdi.
Sadiq Qasımlı "Oksidol" bioregeneratoru barədə geniş məlumat verərək bildirdi ki, bu məhsul neft tullantıları ilə çirklənmiş torpaqların, göllərin, tutmların və maye tullantılarının təmizlənməsi üçün tətbiq edilir. O, bildirdi ki, "Oksidel" faydalı probiotik-bakteriyaların, fermentlərin və üzvi katalizatorların qarışığıdır. Neft çirklənməsi ilə təması nəticəsində neft karbohidratları probiotik-bakteriyalar tərəfindən mənimsənilir və təmiz suya, karbonat turşusuna və ətraf mühit üçün zərərsiz olan mikrob metabolizmi məhsullarına çevrilir.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı. Sadiq Qasımlı ona ünvanlanan cavablandırdı. Faiq Cəfərovun çoxillik və dərin gölməçələrdə yığılıb qalmış neftşlamın bu üsulla təmizlənməsinin mümkünlüyü barədə verdiyi sualla əlaqədar S.Qasımlı bildirdi ki, bu məsələni araşdırmağa ehtiyacı vardır. Və bunun üçün model qaydada sınaqların keçirilməsinə şəraitin yaradılması məqsədəuyğun olardı.

 
 
 

tarix : 07.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.