ana səhifə Satınalma əlaqə
axtar
Ekologiya, Təhlükəsizlik və Keyfiyyət Siyasəti İstehsalat Sahələri Avadanlıqlar Lisenziya, Sertifikat və Şəhadətnamələr
Haqqımızda Struktur İşçi Heyəti Partnyorlar və Xarici əlaqələr Sosial Həyat Fotoqalereya Video Görüntülər Xəbərlər
Xidmətlərimiz

Ekoloji monitorinq
Laboratoriya xidmətləri
Ekoloji normativ – texniki sənədlərin işlənib hazırlanması
Sənaye-çirkab, tullantı və məişət-fekal suların təmizlənməsi
Parafinin təmizlənməsi
Neftşlamın emalı və zərərsizləşdirilməsi
Neftlə çirklənmiş torpaqların rekultivasiyası, bioremediasiyası
Qazma şlam qutularının (DCB) icarəyə verilməsi
ƏMTQ sənədlərinin hazırlanması

Bakı Ağ Şəhər layihəsinin icrası sürətlə davam etdirilir

Sovetlər dövründən miras qalan və Abşeron yarımadasının, eləcə də Bakının ən başlıca problemlərindən biri, torpaqların neftlə çirklənməsi, zavod və fabriklərin şəhərin mərkəzinə yaxın yerləşməsi idi ki, bu da paytaxtın ekoloji vəziyyətinin acınacaqlı hala düşməsinə səbəb olmuşdu. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması və çirklənmiş torpaqların təmizlənməsi işləri geniş vüsət almışdır. Bu tarixi sənədlə əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə, “Qara şəhər”in bərpa olunması və "Ağ Şəhər" layihəsinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Paytaxtımız üçün müstəsna əhəmiyyət kəsb edən və bu layihənin ilkin mərhələsində yaxından iştirak edən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin operativ fəaliyyəti nəticəsində, binaların inşa olunacağı Yaşıl Ada rayonunda neft məhsulları ilə çirklənmiş torpaqların təmizlənməsi prosesi davam etdirilir. Qeyd edək ki, layihənin icra müddətində QSC tərəfindən bu ərazidən 1 milyon 500 min m3-dən çox neft məhsulları ilə çirklənmiş torpaq daşınmışdır. Həmçinin, layihə ərazisində NEZ-nun keçmiş istehsalat sahələrində uzun illərdən qalmış çoxlu sayda neft məhsulları ilə çirklənmiş süni gölməçələr mövcuddur ki, bu gölməçələrdən suların nəqli və təmizlənməsi də "Ekol Mühəndislik Xidmətləri" QSC-nə həvalə edilmişdir.
Bununla əlaqədar, ötən ay QSC-nin Tullantıların Emalı Departamenti (TED) Heydər Əliyev adına BNEZ-nun Bakı Ağ Şəhər layihəsi ərazisində yerləşən, köhnə çənlər parkı sahəsindəki gölməçədən 30 min m3-ə qədər sənaye çirkab sularının "Sifarişçi"nin boru xətti vasitəsilə təyin edilmiş yerə nəql olunması işlərinə başlamışdır.
Mart ayından isə, TED müasir güclü nasoslardan istifadə etməklə Yaşıl Ada rayonu ərazisində olan "Azərneftyağ" NEZ-nun köhnə çənlər parkı sahəsindəki gölməçənin suyunun nəqlinə başlamışdır. Bu məqsədlə ərazidə zəruri hazırlıq işləri görülmüş və əlavə boru xətti çəkilmişdir.
"Ekol Mühəndislik Xidmətləri" QSC Bakı Ağ Şəhər layihəsi üzrə üzərinə düşən vəzifə öhdəliklərinin layiqincə yerinə yetirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
 
 
 
 


tarix : 11.03.2013

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.









        

Şikayətlər proseduru

Futzal

...

Alternativ Enerji

    Enerji mənbəyi kimi tükənən - bərpa olunmayan...

Bu maraqlıdır

  • İnsan ildə 1-1,5 ton, gündə isə 0,86 kq oksigen istifadə...






Sayt EKOL Mühəndislik Xidmətləri QSC. - nə məxsusdur
Copyright ©2023 EKOL Mühəndislik Xidmətləri QSC. Bütün hüquqlar qorunur.

Xəbərlər mətbuatda dərc edilərkən sayta istinad olunmalıdır.